Türkiyə Prezidenti Şuşaya səfər edəcək

“Ramazan ayından sonra qardaşımla birgə Şuşaya ziyarət edəcəyik”.
Kalbajar.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında söyləyib.
“Azərbaycanın bu bölgəni ayağa qaldırmaq üçün bütün məcburi köçkün qardaşlarımızın öz torpaqlarına dönməsini çox vacib sayıram”, - deyə o əlavə edib.