Türkiyədə beynəlxalq jurnalist təşkilatı yaradıldı - Quruculardan biri azərbaycanlı oldu



Ankarada Qlobal Jurnalist Təşkilatı (Küresel Gazeteciler Konseyi) adlı yeni beynəlxalq jurnalist təşkilatı qurulub.

Kalbajar.com Modern.az saytına istinadən xəbər verir ki, “Anadolu Mediası Gücbirliyi Platformu” (AGP) və “DİM Media”nın İdarə Heyətinin sədri Mehmet Ali Dim təşkilatın qurucu sədri seçilib. Yeni təşkilatın fəxri sədri isə jurnalist Yavuz Donat olub.

Qlobal Jurnalist Təşkilatının qurucu üzvləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu ziyarət ediblər.

Təşkilat yaxın vaxtlarda Avropada, Amerikada, MDB məkanında da fəaliyyət göstərəcək və böyük işlər ortaya qoyacaq.

Azərbaycandan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı da qurucular arasında yer alır.

Digər qurucular isə bunlardır:

“DİM” və “Sabah” yazarı, duayen jurnalist Yavuz Donat, DHA (Demirören Haber Agentliyi) direktoru Salih Zeki Sarıdanişment, “Sabah”ın Ankara təmsilçisi Osman Altınışık, “Habertürk”ün Ankara təmsilçisi Bülent Aydemir, “Akit” Ankara təmsilçisi Hacı Yakışıklı, TRT Dairə sədri Amber Türkmen, “Milliyet”in idman müdiri Tayfun Bayındır, DHA Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) təmsilçisi Sefa Karahasan, Kayseri Qəzetçilər Cəmiyyəti başqanı Veli Altınkaya, Trakya Qəzetçilər Cəmiyyətinin eks-sədri Lütfü Karakaş, “Anadolu” Agentliyinin veteran bölgə müdiri, Samsun 19 May Qəzetçilər Cəmiyyəti başqanı Yusuf Ziya Çakır, TRT-nin sabiq Nyu York təmsilçisi, Türkiyə Xarici İşlər Nazirliyinin eks-mətbuat məsləhətçisi, İstanbul Texniki Üniversitetinin rektor məsləhətçisi Kahraman Halis Çelik, BR TV İdarə Heyətinin sədri Mehmet Çetinkaya, Türk-İngilis Qəzetçilər Birliyinin sədr müavini və DHA London təmsilçisi Aynur Tattersall.


Qurucu üzvlərlə söhbət edən nazir M.Çavuşoğlu "Ziyarət etdiyiniz üçün təşəkkür edirəm, işlərinizdə uğurlar arzulayıram” deyib.

Çavuşoğlu, bu təşkilata dəstək verəcəyinə də söz verib.

Təşkilat sədri Mehmet Ali Dim nazirlə görüş barədə deyib: “Ankarada xarici işlər nazirimiz Mövlud Çavuşoğlunu ziyarət edərək, onu beynəlxalq miqyasda yeni təşkilatımız barədə məlumatlandırdıq”.

Qeyd olunub ki, bu günə qədər Türkiyədə qurulan beynəlxalq jurnalist təşkilatlarında İstanbul mediası təmsil olunmurdu. Amma bu təşkilat həm yerli, həm də xarici mətbuatı öz sıralarında birləşdirməklə dünyanın ən böyük jurnalist qurumu olmağı hədəfləyib.

Yeni jurnalist təşkilatına KGK, yayğın media, yerli media və xarici media iclasları da daxil olacaq.


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev