Tədrisdə pedaqoji drama şagirdlərin qabiliyyətinin aşkar edilməsini və inkişafını təmin edir.

Əslən Kəlbəcər rayonundan olan Əsmət İsmayılxanova ADPU-nun Coğrafiya-biologiya müəllimliyi ixtisasını və aspiranturanı fərqlənmə diplomu ilə bitirib. Bacarığını, savadını nəzərə alıb onu Universitetdə müəllim saxlayıblar. O da öz növbəsində rəhbərliyin bu etimadını səylə doğruldub.
Əsmət İsmayılxanova hal-hazırda ADPU-nun Ümumi pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəsləfə doktorudur. Daima axtarışda olan Əsmət xanım həmişə bir-birindən dəyərli elmi kitabları ilə tələbələrini sevindirməklə yanaşı, dərs vəsaitlərinə o
Əsmət İsmayılxanova hal-hazırda ADPU-nun Ümumi pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəsləfə doktorudur. Daima axtarışda olan Əsmət xanım həmişə bir-birindən dəyərli elmi kitabları ilə tələbələrini sevindirməklə yanaşı, dərs vəsaitlərinə olan eytiyaclarını təmin etməyə çalışır.



Əsmət xanım bu günlərdə tələbələrini “Tədrisdə pedaqoji drama” adlı yeni elmi-pedaqoji dərs vəsaiti ilə sevindirib. Kitabda dünya təcrübəsi, sovet təhsili və müstəqillik dövründə pedaqoji dramın tədris prosesinə tətbiqinin elmi-pedaqoji əhəmiyyəti göstərilib. Eyni zamanda müasir dövrdə də bu ən-ənənin Azərbaycanın məktəblərində uğurla davam etdirilməsi öz əksini tapıb.
Dərs vəsaitində şəhər məktəbləri ilə yanaşı, Kəlbəcər rayonu 23 saylı tam orta məktəbinin şagirdlərinin İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbirdə göstərdikləri tamaşalar, onların şəxsiyyətyönümlü əhəmiyyəti xüsusi olaraq qeyd edilib. Bu tamaşaların təşkili və keçirilməsinin məqsədləri, pedaqoji əhəmiyyəti elmi nöqteyi-nəzərdən təhlil edilmişdir.
Həmyerlimizə yeni-yeni uğurlar arzu edirik.
Mirvari Verdiyeva
ADPU-nun dosenti