Təhsil görünməyən tərəfi görməyi bacarmalıdır



Professor Şahlar Əsgərov (tanınmış azərbaycanlı alim, Milli Məclisin elm və təhsil komissiyasının sabiq sədri. Fiziki elektronika sahəsində elmi nailiyyətləri uzun illərdir NASA-da tətbiq edilir) təhsilin problemindən yazır. Onları bir-bir təqdim edirik.

Birinci problem:Təhsil maşını qüsurludur Təhsil maşını qüsurludur. Təhsil maşını deyəndə iqtisadi potensialı biliyə çevirən sosial qurğu nəzərdə tutulur. Əgər ölkə üzrə orta bilik səviyyəsi 200 baldırsa, demək, təhsil maşını pulu biliyə çevrə bilmir. Burda 4 hal ola bilər:a) təhsil maşını xarabdır;b) sürücü (məktəb direktoru) yerində deyil;c) təhsil prosesinin subyekti olan müəllimlər yerində deyil;d) maşının işlətdiyi yanacaq dövrün tələbatına uyğun deyil. (Yanacaq deyəndə təhsil doktrinası, siyasəti, strategiyası, qanunları, konsepsiyası, fəlsəfəsi nəzərdə tutulur).

İkinci problem:Təhsilin idarə olunması Təhsilin idarə olunmasında ciddi problemlər var. İdarəetmə üzrə tanınmış amerikalı ekspert Gary Hamel son 200 ildə həyatımızı dəyişən ixtira və kəşflərin siyahısına daxili yanma mühərriki, yarımkeçiricilər, müasir tibb dərmanları, internet və menecmenti daxil edib. O, hesab edir ki, bəşəriyyətin ən böyük ixtiralarında biri menecmentdir. Biz ona insanları birləşdirən, səfərbər edən, öz resurslarını, istehsal məhsullarını təşkil edən alət və ya metod kimi baxmalıyıq. Bu səbəbdən də həqiqətən menecment həyatımızı dəyişən beş ixtiradan biridir. Misal olaraq, Cənubi və Şimali Koreyanın idarəetməsini göstərmək olar. İdarəetmədə əsas şərt dövləti (milli) mənafenin şəxsi mənafedən üstün tutulmasıdır.Bu istiqamətdə Hz. Peyğəmbərimizdən bir örnək: İslam dininin banisi islam dövlətinə başçılıq edəndə özünə aid bütün suçları bağışlayıb, amma ümumi mənafeyə qarşı edilmiş suçları bağışlamayıb.Bu günkü Sinqapurun uğurları da bu faktorla bağlıdır. Təhsil sisteminin idarə olunmasında demokratiyanın rolu da böyükdür. Düzgün demokratik seçim yararsız məmurların təyinatına imkan verməz. Təhsilin keyfiyyətinə nəzarət edən qurum yoxdur.

Üçüncü problem: Təhsilin məzmunu Konfutsiyə görə, cəmiyyətdə əks fikirlər bir- birini tamamlayır.1980-cı ilin ortalarında beynəlxalq icmalçı V. Kondraşov “Ponarama” verilişində danışırdı ki, SSRİ-nin İngiltərədəki səfirliyində işlədiyi zaman 6-cı sinifdə oxuyan qızının məktəbinə gedib və bir saat tarix dərsini izləyib. Müəllim şagirdin birini qaldırıb, deyib ki, M.Tetçerin Afrika siyasətini müdafiə et. Şagird baş nazirin Afrika siyasətini arqumentlərlə müdafiə edib. Sonra müəllim başqa bir şagirdi qaldırıb və deyib: M. Tetçerin Afrika siyasətini tənqid et. Bu şagird də baş nazirin Afrika siyasətini əsaslar gətirərək tənqid edib. Beləliklə, əks fikirləri ortaya qoymaqla məktəblilərdə tənqidi düşüncə aşılanır.Bizdə isə hələ də təhsilin məzmunu adekvat deyil. Təhsil proqramları dövrün tələbinə uyğun tutulmalıdır. Tədris olunan biliklər bəşəri və dünyəvi xarakterə malik olmalıdır. Təhsilin məzmunu elə olmalıdır ki, həm orta məktəb, həm də ali məktəb məzunu özünü həyatda müstəqil dolandıra bilsin. Riyaziyyat və xarici dilə xüsusi diqqət verilməlidir. Bu fənlər əsasən məqsəd yox, vasitə kimi tədris olunmalıdır. Nəzərə almaq lazımdır ki, müxtəlif beynəlxalq təşkilatlar şəbəkəsi (UNESKO, BMT, AŞ və s.) getdikcə genişlənir. Bu qurumlarda söz sahibi olmaq üçün orta məktəbdə iki xarici dil, ali məktəbdə də başqa bir xarici dil öyrətmək məqsədəuyğundur. Cari əsrdə hadisə və proseslər böyük sürətlə getdiyindən, insanlardan tələb olunur ki, daim öyrənsinlər və tənqidi fikirləşməyi bacarsınlar. Öz fərdi və peşəkar həyatlarının formalaşmasında texnologiyanın rolunu başa düşsünlər, qiymətləndirsinlər və tətbiq edə bilsinlər. Hər kəs başa düşməlidir ki, biz öz yaratdığımız əşyaların əhatəsində yaşayırıq. Dördüncü problem: Təhsilin məqsədi Qərbi Avropada üç böyük dövlətin əhatəsində (İngiltərə, Fransa və Almaniya) onlarla xırda dövlət firavan yaşayır. Ona görə ki, onlarda təhsilin məzmunu daha mükəmməldir. Qlobal miqyasda bizim təhsilin məqsədi elə olmalıdır ki, ölkəmiz də üç böyük dövlətin (Rusiya, İran, Türkiyə) əhatəsində firavan yaşaya bilsin.Məktəb gəncləri elə hazırlamalıdır ki, onlar içərisindən keçdikləri proseslərin obyekti yox, subyekti ola bilsinlər.Təhsil həm fərdi, həm də toplumu kamilləşdirməlidir. Cəmiyyətin yaşadığı proseslərin görünməyən tərəfini görməyi bacarmalıdır. Məktəb fikirləşməni öyrətməlidir, öyrənməni öyrətməlidir, demokratiya mədəniyyətini öyrətməlidir. PRoloq.az


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev