Təzə ilin köhnə işi



Həmişə belə olur. Elə bu il də. Qonşumuzda bir təqaüdçü kişi var. Başını tovladılar ki, dulsan, qocalmısan, sənə baxan yoxdur, gəl cavan bir arvad alaq ki, canın rahat olsun. Kişi də çox sevinmişdi. Neynəsin? Təzə arvadı olacaqdı. Amma məhləyə xəbər yayıldı ki, o arvad təzə-zad deyil. Yeddinci dəfədir ərə gedir. Özü də bicin biridir. Bir ayağı bankomatın qabağında, o biri ayağı inkir-minkirin qəbul otağında olan kişiləri sevir ki, çox əziyyət çəkməsin. Ər məzara, var-dövlət Sonaya. Alınmadı. Kişi də bicin biridir. O da şərt kəsdi ki, gənc arvadın şəxsiyyət vəsiqəsinə baxmalıdır. Gətirdilər baxdı. Gördü pahooo… Arvadın sonuncu istifadə tarixi 7-8 il bundan qabaq qurtarıb. Kişi dedi malınızı götürün aparın “sroku” keçib. Yazıçı Samirə Zeynalova ilə şair Vəli Xramçaylı da təzə ildə elə bir təzə iş görmədilər. Hər şey ötənləri xatırlatdı. O gün yenə toyda idilər. Bicqo gədələrdən biri tüstülənən boşqabı bic-bic hamının başına fırladıb pul yığırdı ki, onlara göz dəyməsin. Samirəgilin masasına yaxınlaşdı. Boşqabı bir xeyli fırlatdı xanımın başına. Bicqo gədə bu arada həm də Samirənin gözəlliyinə baxırdı. Yazıçı gördü ki, tüstü onu boğacaq, əl atdı pul qabına başqaba şabaş qoydu və başladı lüləkababın qalanını yeməyə. Bu arada bicqo gədə Vəli Xramçaylıya yaxınlaşdı. Boşqabı nə qədər fırlatsa da, Vəlidən nə bir misra şeir, nə də 1 manat qopara bildi. Və elə boşqabı fırlada-fırlada qayıdıb baxdı Samirənin üzünə ki, bəlkə o bir iş görə. Olmadı. Samirə əsəbiləşdi: - Nə istəyirsən, ə? - Deyirəm bəlkə şairə göz-zad dəyər. Samirə hövsələdən çıxdı: - Ə, bura gəl, ə! Dayan burda! İndi bax o şair dediyin adama! - … - Baxdın? - Hə! - Nə gördün? - Allah… - Ay sağ ol! heç nə! Ə, bir də bax ona. Gör o adamda göz dəyə biləcək bir şey var?! - … Böyük hadisələr də baş verdi. Fransada “sarı gödəkcəlilər” Parisin altını üstünə çevirdilər. Fransa prezidentinin həyat yoldaşı, yəni keçmiş müəllimi dedi: - Mama qurban, ayıbdır, bu soxasoxda yenə başqa ölkələrə soxursunuz burnunuzu. Öz ölkəmiz dağılır, minlərlə insan həbs olunub, ölənlər var. Burda oturub Azərbaycana hüquq dərsi keçirdiniz. Ayıb deyil? Bu avropalılar həmişə belə bicliklə məşğul olublar. Özləri dünyanı dağıdır, insan hüquqlarını pozur, başqalarına ağıl öyrətməyə çalışır. Elə bu Fransa Əlcəzairdə milyonlarla insanı soyqırıma məruz qoydu. Sonra da Türkiyəni ermənilərə qarşı soyqırımı geydirməsi ilə qınadı. Elə Almaniyada da vəziyyət yaxşı görünmür. Yaxın Şərqdə “ərəb baharı” törədən Avropa, öz siyasətinin payız fəsilini - sarı rəngini yaşayır. Rusiya XİN-in sözçüsü Zaxarova da sayıqladı. Hayların “Moskva ermənisi” dedikləri Lavrovun bu sözçüsü dünyada, xüsusən Avropa ölkələrində erməni mafiyasına qarşı aparılan ifşaedici əməliyyatlardan narahat oldu. Neynəsin, neynəməsin? Axı, Azərbaycanın nüfuzu, hörməti artır. Ermənistan və ermənilər isə ancaq pis işlərdə anılır. Deməli, geydirmə bəyanat vaxtıdır. Və o sərsəm bəyanatı Zaxarova oxudu. Gülməlidi. Bu Rusiya, erməniləri öz qucağında nə qədər bəsləyə bilər ki? Günlərin birində ya səbri tükənər, ya da… Əşşi ermənilərə neynəsən də qucaqdan düşməzlər. İllah da rusun qucağından… 


36 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev