Tanınmış şair Nəsib Nəbioğlunun 65 illiyi qeyd edilib

İyunun 29-da Rəşid Behbudov adına Mahnı Teatrında tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi Nəsib Nəbioğlunun 65 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb. Tədbirdə bildirilib ki, klassiklərimizin, eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş rus dilində məqalələrin müəllifi olan Nəsib Nəbioğlu V.Şukşinin, V.Rasputinin, A.Puşkinin, M.Lermontovun, S.Yeseninin, N.Rubsovun əsərlərini Azərbaycan dilinə tərcümə edib. Şair uzun illərdir Rusiyada ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edir. Onun iyirmidən çox şeirinə musiqi bəstələnib. O, həm də musiqisi Ayna Sultanovanın olan dünya azərbaycanlılarının həmrəylik himninin müəllifidir.

Qeyd edək ki, Nəsib Nəbioğlu “Ürəyim yurd yeridir”, “Sizə sözüm var”, “Bağışlamaz dağlar məni” və digər şeir kitablarının müəllifidir. O, R.Rza və Y.Dolqoruki adına beynəlxalq mükafatlar laureatıdır.

45 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev