Tanınmış Azərbaycanlı Şair Rusiyada Mükafatlandırıldı – FOTOLAR

Tanınmış azərbaycanlı şair Rusiya Yazıçılar İttifaqı Moskva təşkilatının mükafatına layiq görülüb.

1 May bayramı ərəfəsində anadan olmasının 65-illiyi münasibətilə tanınmış şair Nəsib Nəbioğlu Rusiya Yazıçılar İttifaqının Moskva şəhər təşkilatının yaradıcılıq sahəsində “bədii sözün ucalığına, bədii sözün qüdrətinə xidmətə görə” diploma və medala layiq görülüb.

Tədbirdə qeyd olunub ki, Nəsib Nəbioğlu öz yaradıcılığı ilə müasir Rusiya və Azərbaycan ədəbiyyatının zənginləşməsinə və dostluq tellərinin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Həmyerlimiz bu mükafata çoxşaxəli ədəbi fəaliyyətinə, rus və Azərbaycan ədəbiyyatına göstərdiyi xidmətə, eləcə də ədəbi-mədəni əlaqələrin gücləndirilməsi sahəsindəki işlərinə görə layiq görülüb.

Qeyd olunub ki, onun yaradıcılığı Rusiya və Azərbaycan xalqları arasında ədəbi əlaqələrin genişlənməsinə, gələcək münasibətlərin daha da inkişaf etməsinə təkan verir

Nəsib Nəbioğlu Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının üzvü Azərbaycan AYB Moskva bölməsinin katibidir.

Mükafatı Rusiya Yazıçılar İttifaqının Moskva Şəhər Təşkilatının sədri Vladimir Boyarinov təqdim edib.

0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev