TANRIM, GƏL TƏZƏDƏN YOĞUR DÜNYANI!


13:30 | 10.10.2018


Nəsib Nəbioğlu Rusiyada, Moskvada yaşayıb-yaradan və beləliklə-ərazi baxımından - Vətəndən uzaq düşən, lakin qəlbən, ruhən Vətənə bağlı şairlərdəndir.Şəxsən mən Azərbaycan şairlərini həddindən artıq, çoxdur deyə, üç qrupa bölürəm: bir var adi, yaxud həvəskar şair, bir var yaxşı şeirlər müəllifi: bir də var əsl şair-Nəsib məhz belələrindəndir.

Dünyaya məlumdur ki, şeir yazmaq ümumiyyətlə asan iş deyil, amma bunu azərbaycanlılar yasxşı bacarır, desəm ki, hamısı-mənə inanmazlar, amma qəti deyə bilərəm ki, azərbaycanlıların ikisindən birisi şeir yazmaq qabiliyyətinə malikdir, odur ki, bizim eldə də burada, Rusiyada yaşayanlar arasında da şeir yaza bilənlərin, həvəskar şairlərin sayı-hesabı qələmə gəlməz. Lakin yaxşı şeir yazmaq elə şeir ki, bilən-eşidən səni sənətkar şair adlandırsın, olduqca çətindir. Amma əminəm ki, heç şübhəm yoxdur; dünyada şeir üzrə yarışmalar keçirilsə, azərbaycanlılar birinci yer tutar, qələbə qazanarlar.

Bu - həqiqətdir və bunu söyləmək mümkün, səbəbini açıb təhlil etmək qeyri-mümkündür, cünki səbəb bir deyil, iki deyil, - bircə bunu tədsdiqləyərdim ki, biz söz bilən, söz duyan, söz eşidən, sözə baxan (və çox zaman da nadürüstlərin sözünə inanb aldanan və aldalınan, sözlə yaralana bilən), sözlü-söhbətli millətik; bu, sabahkı bəşəriyyətin, yalanın nə olduğunu bilməyən gələcək nəsillərin (görən belə bir zaman yetişəcəkmi?) keyfiyətdir ki, indiki zamanda bizə xasdır.

Amma bir var yaxşı şair,bir də var əsl şair,nadir şair,- bunların sayı çox azdır və bu-təbiidir, çünki belələrini Tanrı seçir.

Nəsib Nəbioğlu, yuxarıda dediyim kimi, şairlərin bu sayındandır və heç də təsadüfü deyil ki, Nəbi peyğənbər deməkdir və igid, müdrik azərbaycanlı olan Nəbiyə şair oğul nəsib olubmuş və ata bunu duyub oğluna Nəsib adını verib-unutmayaq ki, uşağa verilən ad onun taleyinin gedişinə təsir göstərir. Amma onu deyim ki, Nəsibin ilk əvvəl soyadı Verdiyev idi, bu da sovetlər dövrünə aid başı kəsilmiş familiyaydı, - əsli Şahverdiyev olan bir familə allahsızlıq dövründə elan olunan, Şah sözü kəsilib atılan, heç bir məna daşımayan Verdiyev qalıb... Nə yaxşı ki, Nəsib soyadını dəyişdi. Əsl şair özünün ilk sətirlərindən bəlli olunur. Belə şair çox zaman, hətta deyərdim ki, əksər hallarda öyrənçilik mərhələsionin çox tez keçir, tələbəliyin-istedad baxımından - nə olduğunu bilmir.

Şəxsən mən bunu, Nəsib Moskvada, Maksim Qorki adına məşhur Ədəbiyyat institunda oxuduğu illərd duydum - atalar sözüdür, yadıma düşdü: quş dimdiyindən bəlli olur.

O zamandan bəri Nəsibin yazılarını izləyirəm və onun kitab, məcmuə, dərgi-jurnallarda çap olunan şeirləri arasında zəif ya da çiy, yarımçıq sətirlərə rast gəlmədiyimə sevinirəm:demirəm ki, zəif yazıları yoxdur - sadəcə olaraq Nəsib bu bu şeirləri üzə çıxarmır, söz qarşısında məsuliyyət hiss edir, bu da əsillik nişanəsidir. ..Nəsibin qələmindən qəm yağır, alovlu misralarını daşıyıb saölayan yarağı sanki oda düşüb alışır,yanır (“Beləymiş”). Nədəndir bu?

Onun şeirlərinə bu sualın cavabı bir deyil, yüz deyil:Nəsib amansız illərin,baxçamızda yaşıl ümidləri baltalanan,torpağımızda gül-çiçək açmayan pammanəmizin (“Qoparım necə”) dünyanın qulağı kar olan (“Gəl aş qapısını”), ulu dağlarımızın yolu kəsilən (“Vətən köynəyindən, gəl keçir bizi”) bir dövrün-yəni bizim dövrümüzün-şairidir; Nəsibi əritdi qəriblik dərdi,Vətən deyə-deyə kədəri dərdi (“Sücaət”).

Bəzən dillə-sözlə deyiləsi deyil:

Özüm çəkim öz yükümü, Alım gedim söz yükümü, Aşılmaz bu dərd bükümü, Ən ağır dərd mənimkidir.

Yamandır millətimizin halı,torpaqlarımız talan olunmaqdadır,ioşğalçıların zülmü misilsizdir,hətta məzarlarımız da əsirdr (“Gələ bilmirəm”), onun kiçik vətəni-doğma yurdu, el-obası Kəlbəcər yağı əlindədir - qonşu namərd oldu, cox imiş düşmənin - bu düşmən çörəyimizi yeyib, suyumuzu bolluca içən qonşumuzdur! toru-tələsi. Üstəlik məmurlar xalqın başında qoz sındırır - Nəsibin qəmi-nifrətə düzülən misraları bu kimi dərdlərdən doğur.


Kalbajar.com həmçinin şairin şeirlərindən ibarət kitabı oxuculara təqdim edir. Düzdür, dərdimiz elə çox deyə bilmirik, amma şair bunu deyir, özü də kəskin şəkildə, yeni ifadələr.yeni obrazlar,özünün yeni və tükənməz zərbəvurucu söz-misraları ilə: Əymə dizini düşmənə...Gözdər özünü düşmənə!

Əsl şair yeni qafiyələr icad etməklə yanaşı deyilən, işlənən, yayılan qafiyələri də yeni məna ilə doldurmağı bacarmalıdır və bunları biz Nəsibin yazılarında açıq görürük.

Keçmiş əsrlərdə bizim şeirdə xalqın taleyindən, zamandan şikayətlər az olmayıb-Xaqanini yad edək, Fizulini, Nəsimini, Qurban və Xəstə Qasımı... Təəssüflər olsun ki, bu indi də davam etməkdədir.

Deyirlər, şair sözü nikbin olmalıdır, amma mən bu şüarı yarımçıq sayıram, burada tam mənada həqiqət çox azdır,- demirəm bədbinləşək, demirəm toy-bayramlı sözləri unudaq, amma illər-matəmli illərdir.

Və bizə ilk nıvbədə yanar ürəkli şairlər gərəkdir və bu yanarlıq bizim hər hər birimizdə özünü göstərməlidir.

Şair deyir: Yaxşı-yaman qatışıbdı; nahaq haqqa tələ qurur;Tanrım,gəl təzədən yoğur dünyanı! (“Dünyanı”).

Nəsibin şeirində özünütənqid (burada mən özümütənqid kəlməsini də işlədərdim) çox güclüdür; xalqdan uzaq olanlar da az deyil. Başını girləyir hərə birtəhər,- təəssüf ki, mübarizə yollarında biz hələ də naşıyıq. Naşı, bağışlamır indi qardaş qardaşı. Vətənə müraciətində Nəsib haqlı olaraq- bunu hər birimiz deyə bilərdik, odur ki, şair bizim hamımızın adınnan – Vətən,köynəyindən gəl keçir bizi deyir:

Dağın,daşın yandı oyun oynadıq, Sənə sən deyən tək noğul olmadıq, Bilmədik doğmayıq,bilmədik yadıq.

Nəsibin ən çox işlətdiyi və vurğunu olduğum şeir forması- qoşmadır. Bəzi qələm sahiblərimiz elə zənn edirlər ki, qoşma sadə, yüngül,asan formadır. Bu səhv, yanlış

fikirdir! Bununla əlaqədar mən hətta deyərdim ki, əsl şair özünün böyük şairlik istedadını qoşmada göstərməlidir.

Azərbaycan söz sənətində qoşma forması-imtahan, sınaq formasıdır və bu imtahandan, bu sınaqdan çoxları keçə bilmir. Cünki məlum olan, çox və hərtərəfli işlənən bu formanı yeni məzmum, yeni fəlsəfi fikir, təzə duyğu – hisslərlə doldurmaq gərəkdir, bunu da nadir qələm sahibləri bacarır.

Mən demək olar ki, Nəsib qoşmalarının pərəstişkarıyam- iyirmi il öncə yazılan “Gəlmişəm”dən tutmuş ta son iki-üç ildə yaranan “Gizlədi”, ”Bax belə”, ”Mənimkidir”, “Darıxma”ya qədər.Və qəti deməliyəm ki, haqqında yazdığım qoşmalar sahibi Nəsib tam mənada qoşma ustasıdır.

Şairin ustalığı qoşmaların forma, məzmun və mövzusunda, ifadələrin yenilioyi və kəlmələrin xəlqiliyində, səslərin ahəngi və sözlərin rəngarəngliyində özünü göstərir. Bunu sübut etmək üçün, yəni bu yüksək qiymətimi qəbul edib mənimlə razılşmaq üçün qoşmaları oxumaq kifayətdir. Nəsib qələminin bəhrəsi olan bu kimi qoşmalart bir deyil, on deyil-hansından deyim? Bəlkə “Görən”dən? Bu qoşma verdiyim qiymət baxımından səciyyəvidir:

Nə yazıdı yazıb belə, Baxtımdan küsümmü görən? Dərddən bol verib payımı, İlahi,bəsimmi, görən?

Başımın çəkilmir çəni, Gözlərimin getmir nəmi, Bir ümid saxlayır məni, Ümidi kəsimmi görən?

Nə söyləyim,deyim daha, Qəlbim qəmə,dərdə kaha, Bəndə duymaz bir Allaha, Çatır heç səsimmi görən?

Buradakı sözlər dolğun və məzmunlu, rədif qafiyələri orjinal,sətir altı mənalar dərindir.

Ədəbiyyatımızda “Yadıma düşdü” rədifli sevinc dolu, şirin həsrət dolu, həyat gözəlliklərini tərənnüm edən saysız qoşmalarımız var və bunların içərisində böyük şairlərimizin (Aşıq Ələsgərin, Səməd Vurğunun və sairə və ilaxır!) şah əsərlərini nümunə göstərə bilərdim.

Amma zamanə elə gətirib ki, bunlara bənzər “yadıma düşdü”lər artıq... yox-yox, bədbinlikdən uzağam, dediyimin məğzi başqadır, Mən yalnız Nəsibin bir qoşmasından söz açmaq istəyirəm və mənim demək istədiyimi şair öz “Yadına düşməsin” qoşmasında açıq-aydın söyləyib, təhlilimə ehtiyac yoxdur. Şair deyir:

O dağlarda dincəlməzsən bir daha, Çəmən, çiçək, çöl yadına düşməsin! Sadalama o yerlərin adını, “Novruz” düşən göl tadına düşməsin!

Boylanarsan Murov üstü hər səhər, Boğar səni həsrət, kədər, qəm, qəhər, Gəl başını Gəncədə qat birtəhər, Ötən zama, il yadına düşməsin!

Dağlı indi vətən deyir arana, Bulaqların üstü qalıb verana, O gözəllər daha yoxdu darana, Bir ətirli tel yadına düşməsin!

Nəsib qəlbi sağalammaz yaradan, Sınağamı çıkir bizi yaradan, Ayırmayaq bir də ağı qaradan, Kəlbəcət tək ləl yadına düşməsin!

Bu kimi yadına düşməsinlər çoxdur, mehriban el də bura daxildir, Kəlbəcərdəki duman da, yəni fəxretdiyimiz,yaşadığımız, qəlbimizdə xoş və sevindirici nə varsa,bütün bunlar yadına düşməsin, ay mənim həmyerlim, bacım-qardaşım, canım-ciyərim, çünki sən bunların hamısını itirmisən, bütün bunlar yağı əlindədir və bu yağılar bizim öz aramızda da az deyil.

Nəsibin bu kəskin, hətta etirazımızı doğura biləcək-necə yəni yadına düşməsin?! – sətirlərin arxasında dərin məna gizlənir: bəli, deyirəm yadına düşməsin, amma bütün bunları, yəni bizim hamımızın itirdiyini- yadına salmaq istyəyirsənsə,çalış,vuruş,döyüş ki, itirdiyimizi geri alaq.qaytara bilək.

Bu yadına düşməsin - əsl tapıntıdır,bunu, mənim zənnimcə, nəinki adi, hətta yaxşı şair də deyə bilməzdi,- bu kimi yüksək fikir və obrazlılıq, məzmun-forma vəhdəti, geniş mənada bədiilik yalnız nadir şairin qəlbindən doğa bilərdi.

Bu, bizim aramızda yaşayan, dostumuz-qardaşımız olan nadir şairin adı Nəsib Nəbioğludur.

Çingiz Hüseynovnasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor , Azərbaycan SSR Əməkdar incəsənət xadimi. Moskva, iyul 2003-cü il.

525-ci qəzet 2 avqust 2003 –cü il.

#Şair #Şairlər #Ziyalilar

18 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev