"Tapdaq altda qalan yurdun sərkərdəsi,Gərək olsun əsgəri ilə sırada bir" - Cabir UMUD


Bu gün Kəlbəcərin tanınmış ziyalılarından biri olan gözəl qələm sahibi Cabir Umud oğlu Hüseynovun doğum günüdür. 


Deyirlər, şairlər kövrək olurlar, Kövrəklik, şairin elə dünyası, İçində bir Kərəm, bir Əsli yanır, Pərən-pərən düşüb Lələ dünyası. Təəssüf ki, şair 2015-ci il iyulun 28-də dünyasını vaxtsız dəyişdi ölməz şair. Həmkarım Elçin Məmmədli yazır: “Gözəl qələm sahibi, Kəlbəcərin tanınmış söz- sənət insanlarından biri, həkim-şair Cabir Umuda bu dünya yaman vəfasızlıq etdi. Cəmi- cümlətanı 60 yaşı vardı. Bir şair ömrü üçün 60 yaş nədir ki? Amansız bir xəstəliklə neçə müddətdir mübarizə aparırdı və axırda... yox, Cabir Umud məğlub olmadı, sadəcə xəstəlik çox alçaqlıq etdi. Qəlbində hələ deyilməmiş nə qədər sözü, ürəyində nə qədər arzusu qaldı... Şeirində “ Lazım gəlsə, döyüşərik-, Dedilər, arada bir, Tapdaq altda qalan yurdun sərkərdəsi, Gərək olsun əsgəri ilə sırada bir...” - deyən Cabir Umud elə doğma yurdu Kəlbəcəri tapdaq altda qoyub, bu dünyadan köçdü. Vətən sevgisinin, yurd həsrətinin insanı necə məhv etdiyini mən Cabir Umudun timsalında gördüm. Vətən həsrəti, yurd eşqı şairi içəridən yeyib üzdü, qorun-qorun yandırdı və axırda?.. Bu dünyanın axırı varmı heç? Axırını fikirləşən qəhrəman ola bilməz axı... Cabir Umud isə, dəyişməz əqidəsi, haqsızlığa qarşı yorulmaz mübarizəsi, mərd, vətənpərvərlik ruhlu, torpağına dönük çıxanlar haqda yazdığı qınaqlı şeirləri ilə əsl qəhrəman idi... Ona görə də yazırdı: “Mənim yolum o yollardan ayrıdır, Cığırmıdır, ya izmidir, mənimdir. Əqidəm bir, amalım bir, işim bir Yanlışmıdı, ya düzmüdü, mənimdir.” Biz də öz növbəmizdə şairə Allahdan qəni-qəni rəhmət, ailəsinə səbr diləyirik. 


14 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev