TEYMUROVA TAMARA SALMAN QIZI


Teymurova Tamara Salman qızı, 1952-ci ildə Kəlbəcər rayonunun Mərdanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1959-cu ildə qonşu, Seyidlər kənd orta məktəbinə daxil olmuşdur. 1969-cu ildə həmin orta məktəbi bitirmişdir.

T.S.Teymurova 1969-cu ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olunmuş, 1975-ci ildə universiteti müvəffəqiyyətlə bitirdikdən sonra, AEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspiranturasına qəbul edilmişdir.

1984-cü ildə o, aspiranturanı başa vurmuş və “Abşeron və Şirvanda basma bitkisinə makro gübrələrin verilməsinin effektliyi” mövzusunda dissertasiya müdafiə edib, kənd təsərrüfatı elmlər namizədi alimlik dərəcəsi almışdır. İndiyə qədər elmi fəaliyyətini elə həmin institutuda davam etdirən Tamara xanım institutun baş elmi işçisi vəzifəsinə qədər yüksəlmişdir.


T.S.Teymurova iki elmi tövsiyyənin və bir müəlliflik şəhadətnaməsinin sahibidir. Onun 1987-ci ildən indiyə kimi 19 elmi əsəri müxtəlif lurnallarda çap olunmuşdur.


1. Basma və xına – “Azərbaycan təbiəti” jurnalı , Bakı-1977.

2. Boyaq bitkiləri- “ Elm və həyat” jurnalı, Bakı-1979.

3. Efir yağlı bitkilərin inkişafına və məhsuldarlığına mikroelementlərin təsiri , Tiblisi -1980.

4. Basma məhsullarının keyfiyyətinə makro və mikrogübrələrin təsiri, D.İ.Mendeleyevin anadan olmasının 150 illiyi şərəfinə təşkil olunmuş elmi texniki konfransların tezisləri, Bakı-1984.

5. Molibden və selenin basma bitkisinin məhsuldarlığına təsiri. Ümumittifaq elmi konfransı. Tezislər. İvano-Frankovsk-1978.

6. Azərbaycanın sənaye obyekləri zonasında torpaq və bitki sistemində ağır metalların bölünməsi və konsentrasiyasının qanunauyğunluqları. Ümumi kimya üzrə XIY Mendeleyev qurultayı-Moskva, 1989.

7. Meliorasiya edilmiş torpaqlarda müxtəlif kənd təsərrüfatı bitkiləri əkinlərində gübrələr sisteminin tətbiqinin aqrokimyəvi əsaslarına dair tövsiyyələr, Bakı-1990.

8. T.S.Teymurova 1997-ci ildə Türkiyyənin İzmir şəhərində keçirilmiş Beynəlxalq simpoziumda “Abşeron şəraitində zəfəran bitkisinin məhsuldarlığına makro və mikro gübrələrin təsirinin öyrənilməsi” mövzusunda məruzə ilə çıxış etmişdir.


Yuxarıda göstərilən 12 elmi əsəridə məhz Tamara Teymurovanın qələminin məhsuludur.

Tamara Teymurova evlidir. Həyat yoldaşı, Talıbov Vaqif ali təhsilli mühəndisdir. Bir qızı İnşaat Mühəndisləri Universitetinin tələbəsidir.

İki övladıda hələ orta məktəb şagirdləridir.

14 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev