Tural Gəncəliyev: ''Erməni qoşunları işğal olunmuş ərazilərdən tam çıxmalıdır''


“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icması ilə bir yerdə daimi sülh şəraitində yaşamağa hazırdır. Lakin bu, Ermənistanın işğalçı ordusu Azərbaycan torpaqlarından geri çəkildikdən sonra mümkündür”.


Kalbajar.com ONA-ya istinadən xəbər verir ki, bunu Cocuq Mərcanlıya səfər edən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib.


O qeyd edib ki, Dağlıq Qarabağın 86 min nəfərlik azərbaycanlı icması dədə-baba torpaqlarına geri qayıtmaq, öz mülkiyyətlərinə sahib olmaq arzusu ilə yaşayır: “Biz bu arzunun tezliklə həyata keçiriləcəyinə ümid edirik. Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən aparılan sülh danışıqları, konstruktiv mövqe ortadadır. Dağlıq Qarabaq icması olaraq biz sülh istəyirik. Biz öz mülkiyyət və torpaq hüquqlarımızdan məhrum olmuşuq. Ona görə də yaxşı olar ki, Ermənistan dövləti bunu tez başa düşsün və işqalçı qüvvələrini tezliklə Azərbaycan torpaqlarından çıxartsın, biz öz torpaqlarımıza geri dönək. Əks halda Ermənistan qoşunlarının Azərbaycan torpaqlarında daimi qalması mümkün olmayacaq. Ermənistan bunu nə qədər tez başa düşsə, onun üçün daha yaxşı olar. Erməni qoşunları işğal olunmuş ərazilərdən tam çıxmalıdır. Yalnız bundan sonra erməni icması ilə bir yerdə sülh şəraitində, Azərbaycan Respublikasınln suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədləri çərçivəsində yaşamağa hazırıq”.


ONA.AZ

#DağlıqQarabağ

#TuralGəncəliyev


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev