Tural Gəncəliyev: Uşaqlığımın ən yaxşı illərini burada keçirmişəm

İşğalçı qüvvələr həyatlarımızı məhv etdi. Bu fikirləri Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev öz tvitter səhifəsində ingilis dilində Şuşaya həsr etdiyi statusunda yazıb. Doğulduğu Şuşa şəhərinin işğaldan əvvəl və sonrakı görüntülərini əks etdirən fotoları şərh edərək yazıb: “Bura Suriya, İraq və ya Yaxın Şərqdə hansısa bir şəhər deyil. Bu Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşada Mərdinli məhəlləsində Sadıqcan küçəsidir ki, uşaqlığımın ən yaxşı illərini burada keçirmişəm. İşğalçı qüvvələr həyatlarımızı məhv etdi.”