Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü Serbiyada qeyd edilib


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar ölkəmizin Serbiyadakı səfirliyi tərəfindən tədbir təşkil edilib. Kalbajar.com AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Belqraddakı “Taşmaydan” parkına gedərək Ümummilli Liderin abidəsini ziyarət ediblər. Tədbirdə çıxış edən səfir Eldar Həsənov ulu öndər Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, Azərbaycanın müstəqilliyinin qorunmasında, möhkəmlənməsində, ölkəmizdə sabitliyin bərqərar olunmasında xidmətləri barədə danışıb, onun siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar, həmçinin Serbiyanın “Balkanin” xəbər portalında “Heydər Əliyev – Azərbaycanın inkişaf simvolu” adlı məqalə dərc edilib. Məqalədə Ulu Öndərin həyat və fəaliyyətindən, Azərbaycan xalqının rifahı naminə gördüyü işlərdən, uzaqgörən siyasətindən bəhs edilib.

60 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev