UNEC tələbəsindən ermənilərə iqtisadiyyat dərsi: Hindistanlı professordan TƏŞƏKKÜR məktubu



Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH Mərkəzinin “Mühasibat uçotu” ixtisasının III kurs tələbəsi Vəli Səməndərli Xorvatiyada keçirilən Beynəlxalq elmi konfransda çıxış edib.

Bu barədə V. Səməndərli Modern.az-a özü məlumat verib.

“Təcavüzkar siyasətin Ermənistan iqtisadiyyatına təsiri” (İmpact of agressive policy to the economy of Armenia) mövzusunda azərbaycanlı tələbənin çıxışı maraqla qarşılanıb.

Konfransda  Azərbaycan, Polşa, Hindistan, Rusiya, Türkiyə, Litva, Xorvatiya və Slovakiya nümayəndələri iştirak edib.

Azərbaycandan  yeganə çıxışçı olaraq UNEC SABAH tələbəsi Vəli Səməndərli qatılıb.

Konfrans iştirakçıları mövzunun adına görə azərbaycanlı tələbəni öncə erməni zənn ediblər.

Ancaq öz çıxışı zamanı V. Səməndərli sovet dövrünə ekskurs edib, Azərbaycan və Ermənistan arasındakı iqtisadi əlaqələrə toxunub.

Sonra hazırda Azərbaycanın bölgədə başlatdığı dünya səviyyəli neft, qaz, dəmiryolu və s. kimi layihələrdən, onun böyük maliyyə tutumundan, Ermənistanın bundan kənarda qalmasını rəqəmlərlə ifadə edib.

Çıxışının sonunda məhz Ermənistanın aqressiyası, işğalçı siyasəti nəticəsində bu böyük layihələrdən kənarda qaldığını vurğulayıb.

Mövzunun bu sonluğa gələcəyini gözləməyən aparıcı azərbaycanlı tələbəyə  “Ermənistan iqtisadiyyatında turizmlə bağlı problemlərin həlli üçün hansı tövsiyyələri verərdiniz?” sualını ünvanlayıb.


Vəli Səməndərli Ermənistan iqtisadiyyatında problemlərin başlıca səbəbi kimi işğalçı dövlətin Azərbaycana qarşı  təcavüzkar mövqedə olduğunu göstərib.

O qeyd edib ki, bu probləmlərin həllinin kökündə münaqişənin sülh yolu ilə həll olunması və işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi faktoru dayanır.

V. Səməndərli  “Ermənistan iqtisadiyyatının xilası Azərbaycan torpaqlarının azad edilməsindən keçir” deyə, davam edib.

Konfransdan sonra  Amerikanın West Wirginia Universitetinin Menecment fakültəsinin hindistanlı professoru Abhishek Srivastava Qarabağ məsələsi ilə bağlı onda dəqiq təəssürat yaratdığı üçün Vəli Səməndərliyə minnətdarlığını bildirib.

Qeyd edək ki, azərbaycanlı tələbələr Vəli Səməndərli və Zaur Məmmədovun birlikdə hazırladıqları mövzuya Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi, UNEC-in alimi Fərhad Mikayılov rəhbərlik edib. Qeyd edək ki, Vəli Səməndərli əslən Kəlbəcər rayonundandır,gəncimizə uğurlar arzulayırıq.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev