top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

UNESCO “Aşıq Şəmşir” kafedrasının fəaliyyət perspektivləri müzakirə olunub


Folklor İnstitutunun təşkilatçılığı ilə bu qurumun nəzdində Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə UNESCO “Aşıq Şəmşir” kafedrasının yaranması və fəaliyyət perspektivlərinin müzakirəsi ilə bağlı onlayn dəyirmi masa keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin direktoru, akademik Muxtar İmanov respublikanın müvafiq dövlət qurumlarının UNESCO ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığın yüksək səviyyədə olmasında Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərinin olduğunu qeyd edib. Akademik vurğulayıb ki, son illər ərzində Azərbaycan mədəniyyətinə məxsus nümunələr UNESCO-nun qorunan maddi və qeyri-maddi mədəni irs siyahılarına daxil edilib. “Aşıq Şəmşir” kafedrasının yaranması Azərbaycan–UNESCO əməkdaşlığının növbəti bəhrəsidir: “UNESCO-da dastançılıq ənənəsi üzrə dünyada ilk kafedra olan “Aşıq Şəmşir” kafedrasına Azərbaycanda və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 40-a yaxın elm və mədəniyyət qurumlarından müsbət rəy alınıb. Bunların sırasında Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Almaniya, Misir, Tunis və s. ölkələrin qurumları var”.

Kafedranın adına aydınlıq gətirən M.İmanov bildirib ki, Aşıq Şəmşir görkəmli el sənətkarıdır və klassik aşıq sənəti ilə çağdaş aşıq sənəti arasında mənəvi körpü olan böyük xalq ozanıdır. Bu sənətkarın irsi Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin səmərəli fəaliyyəti sayəsində UNESCO səviyyəsində tanınır və qəbul olunur. Kafedranın “Aşıq Şəmşir” adlanmasının digər səbəbi isə Qarabağı Azərbaycanın mədəniyyət mərkəzlərindən biri kimi öyrənmək və dünyada təbliğ etmək məqsədi daşıyır.

Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli kafedranın yaranması münasibətilə müəssisənin kollektivini və elmi ictimaiyyəti təbrik edib, bunu önəmli mədəni hadisə kimi qiymətləndirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva qədim köklərə malik Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin rolundan bəhs edib. Bu kafedranın Azərbaycan xalq musiqisini, xalq dastanlarını, xüsusən Qarabağın şifahi xalq ədəbiyyatını və musiqisini, o cümlədən Aşıq Şəmşir irsini beynəlxalq səviyyədə tanıtmağa imkan yaradacaq bir mərkəz olacağına ümid bəslədiyini bildirib.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov kafedranın Azərbaycanın xalq musiqisi və dastançılıq ənənələrinin dünyada tanıdılmasına və UNESCO kafedraları arasında əməkdaşlığa xidmət edəcəyini bildirib. O, dövlət siyasətinin prioritetlərinə cavab verən bir sıra yeni istiqamətlər üzrə UNESCO kafedralarının sayının artırılması çərçivəsində iş aparılmasının Milli Komissiyanın fəaliyyətində əhəmiyyət kəsb etdiyini vurğulayıb. Baş katib bu gün ölkəmizin UNESCO-nun etibarlı tərəfdaşına çevrildiyini bildirib, sözügedən qurumla əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsində, təşkilatın ideya və məqsədlərinin təşviq edilməsində, eyni zamanda, mədəni irsimizin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu vurğulayıb. UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilmiş “Azərbaycan muğamı” (2008), “Azərbaycan aşıq sənəti” (2009) və “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” (2018) nominasiyalarından danışan E.Sultanov yeni yaradılan kafedranın bu mövzuları özündə ehtiva etdiyini bildirib.

Tədbirdə iştirak edən Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadə kafedranın gələcək fəaliyyətində Folklor İnstitutuna uğurlar diləyib.

Sonra Aşıq Şəmşirin nəvəsi, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək kafedranın yaradılmasında əməyi olan hər kəsə, xüsusilə UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Yığıncaqda, həmçinin Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO üzrə nümayəndəsi Fazil Qasımov, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Folklor İnstitutunun şöbə müdirləri, professorlar Ramazan Qafarlı, Seyfəddin Rzasoy, UNESCO üzrə Türkiyə Milli Komissiyasının baş katibi Öcal Oğuz və Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun professoru Metin Ekici çıxış edərək Aşıq Şəmşir irsinin əhəmiyyətindən danışıb, kafedranın yaradılmasını böyük elmi-mədəni hadisə kimi qiymətləndirib və Folklor İnstitutuna gələcək işlərində uğurlar arzulayıblar.



Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page