top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Kəlbəcərdəki dünya, yaxud Kəlbəcər dünyası (l YAZI)

Elşad EYVAZLI !!!


Kəlbəcərə gedirsən !!!Qəribədi, elə ki, Toğanalı kəndini keçdin, Murov dağına doğru istiqamət aldın, Kəlbəcəri hiss etməyə başlayırsan, böyür-başından keçən meh, sifətini yalayan külək Kəlbəcərin qoxusunı gətirir sənə... Bir az da irəliləyirsən, o meh, o külək sənə bu dəfə Kəlbəcərin səsini çatdırır.


 !!! Kəlbəcərə gedirsən !!!


Həyəcandan az qala, ürəyin ağzından çıxır, dizin titrəyir...


Təzada bax, bu ürək döyüntüləri içində ovqatın təzələnir, ruhun sevinir, nəfəsin genişlənir, içində Kəlbəcərlə danışmağa başlayırsan.


Bu nə sehirdi?

Bilmirsən... 


!!! Kəlbəcərə gedirsən !!! 


Bildiyin odur ki, Kəlbəcər yalnız dağ, daş, meşə, çay, bulaq, torpaq, Ata Yurdun, böyüdüyün, uşaqlıq illərinin keçdiyi məkan deyil, canlı bir VARLIQDI. O sənin içindədi, sən onun içindəsən.


Onunla görüşə gedirsən; həyəcanlı, sevincli, hövlank... Onunla danışacaqsan, onu dinləyəcəksən, onu qucaqlayacaqsan, o səni qucaqlayacaq...


Bu qarışıq hislər içində dəqiq anladığın tək odur ki, xoşbəxtsən, bəxtəvərsən, sənin üçün dünyada əvəzsiz bir varlıqla görüşəcəksən...


Hikmətə bax, Allah, Allah!


Kəlbəcər sevgi ünvanıdı. Min dəfə ard-arda onun görüşünə getsən, doymazsan. Eləcə, getmək istəyirsən, çünki Kəlbəcəri sevirsən.Kəlbəcər sevgisinin yuxusundan ilk Ömər aşırımında ayılırsan...


Bütün dünya ayağının altındadır. Sanki bütün dünya Kəlbəcərdi, bütün dünya Kəlbəcərdədi...Səndən aşağıda külək bulud topalarını ora-bura qovur, sənə yol açmaq istəyir, di gəl ki, buludlar əl çəkmir...


Bir anda buludlar yox olur, sonra yenə gəlir, külək yenə qovur... Bir anda hava gah qaralır, gah açılır...

Bir az aşağıda, göydə süzən qartallar qıy çəkir...


Kəlbəcər buludlar ayağının altında qaldığı yerdən başlayır...


!!! Kəlbəcərə gedirsən !!!


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page