''Unutmayın ki, yüz deputatlıq iki kəlbəcərlinin kiçik bir narazılığına dəyməz! ''- ƏLÖVSƏT AĞALAROV

Əziz və hörmətli kəlbəcərli qardaş-bacılarım! Gələn il keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyimlə bağlı mənə ünvanlanmış çoxsaylı müraciətlərinizi yüksək qiymətləndirirəm. Düşünürəm ki, bir dönəm deputatlıq dövründə az da olsa, hardasa sizlərin sözünü dediyimə, hər cür qayğıya və diqqətə ehtiyacı olan seçicilərimin bəzi problemlərinin həllində, ölkəmiz, dövlətimiz, bütün Azərbaycan xalqı üçün taleyüklü məsələ kimi, hələ də azad edə bilmədiyimiz doğma Qarabağımızla bağlı qətiyyətli fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə hər birinizə səmimi-qəlbdən təşəkkürümü bildirərək, sizlərin ürəkdən gələn müraciətini yüksək dəyərləndirərək, bildirmək istəyirəm ki, bu seçkidə iştirak etmək niyyətim yoxdur. Bu qənaətə ona görə gəldim ki, bir dairəmiz və təbii ki, bir deputat yerimiz var. Dünən məlum oldu ki, bu dairədən hakim partiyanın namizədi verilib və səlahiyyətli şəxslər həmin namizədi qətiyyətlə müdafiə edəcək. Şüurlu surətdə anlayıram ki, əgər indiki situasiyada mən də namizədliyimi irəli sürsəm, azacıq da olsa, tərəfdaşlarımla digər əziz kəlbəcərlilərim arasında müəyyən inciklik, narazılıq olacaq( seçki vaxtı belə şeylər mümkün və məqbuldur). Ona görə də heç birinizin mənə görə əziyyət çəkməsinə, bəzi hallarda qınaq obyekti olmasına, Allah eləməmiş, incidilməsinə razı ola bilmərəm. Çünki hər zaman hər hansı bir kəlbəcərlinin ayağına dəyəcək daşın öz ürəyimə dəyməsini istəmişəm və ömrümün sonunadək də bu mövqeyimdə qalacağam. Şahidim uca Yaradan və qəlbimdir! Bir daha hər birinizin qarşısında baş əyirəm və hər zaman əvvəllər olduğu kimi, sadiq qulluqçunuzam! Yeni namizədi tərbiyəli, əxlaqlı, camaatımızın xeyir-şərində yaxından iştirak etdən şəxs kimi tanımışam, seçiləcəyi təqdirdə camaatımızın problemlərinin həllində, ən əsası, torpaqlarımızın işğaldan məhz müharibə yolu ilə azad olunmasında dövlətimizə, ordumuza var qüvvəsiylə kömək edəcəyini tövsiyyə və xahiş edirəm. Qarabağı yalnız və yalnız hərbi yolla azad etməliyik! Ayrı alternativi yoxdur! Sonda seçilmək üçün namizədliklərini verən və verəcək digər eloğlularıma müraciət edərək demək istəyirəm ki, bir-birinizlə Kəlbəcər əxlaqı çərçivəsindən kənara çıxmamaq şərtilə davranın, kəlbəcərlilərə yaraşmayan qeyri-etik ifadələrdən, aqressiv münasibətdən uzaq durun. Unutmayın ki, yüz deputatlıq iki kəlbəcərlinin kiçik bir narazılığına dəyməz!! Hər birinizə uğurlar və sağlam, mehriban seçki yarışması arzu edirəm!

Əlövsət Ağalarov, "Azərnəşr"in baş redaktoru, tanınmış publisist-jurnalist, keçmiş millət vəkili

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev