top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

“Vərdiş” Narkotikə YOX de! adlı filmin təqdimatı keçirilib - FOTO


Aprelin 28-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin akt zalında 130 nəfərin iştirakı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Narkomaniya bəlası ilə mübarizədə “VƏRDİŞ” qısametrajlı filmin çəkilişi və geniş ictimaiyyət arasında təbliği” layihəsi çərçivəsində “Vərdiş” Narkotikə YOX de! adlı qısametrajlı filmin təqdimatı keçirilib.

Tədbiri Layihənin kordinatoru Kənan Qubadzadə açaraq bildirdi ki, “Layihənin müddəti 3 aydır və əsas məqsədi qısametrajlı film vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirməkdir. Film 7 dəqiqə ərzində həm səsli həmdə ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır. Film mətbuat, televiziyalarda yayımlanacq, youtube-də və digər sosial şəbəkələrdə paylaşılacaqdır.”

Tədbirdə iştirak edən Milli Məclisin deputatları Vüqar İskəndərov, Jalə Əhmədova, Müşfiq Cəfərov və ekspertlər Bayram Aslanov, Ruhi Əliyeva, Anar Sarıyev çıxışlarında bildirdilər ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir. Bu mübarizə dövlət qurumları, hüquq mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir. Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərini daha səmərəli qurmaq üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müvafiq qrant layihələri təqdim olunur. Bu baxımdan, deyə bilərik ki, narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir. Aparılan araşdırmalar isə onu deməyə əsas verir ki, atılan addımlara baxmayaraq bu gün problemdən əziyyət çəkənlərin sayı durmadan artır. Əsasən gənc nəsil arasında yayına narkomaniya onların həyat və fəaliyyətinə ciddi təsir göstərir.


Eyni zamanda sağlamlıqlarında ciddi problem yaradır ki, bu da normal ailə modelinin inkişafına, sağlam gələcək nəsil yetişməsinə ciddi əngəllər törədir. Bu baxımdan Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Bütün bu kimi halların qarşısını almaq üçün narkomaniyaya qarşı ümbarizə sahəsində davamlı addımların atılması zərurətə çevrilib. Bu baxımdan, düşünürk ki, narkomaniyaya qarşı mübarizə qısametrajlı filmlər vasitəsilə gənclər arasında yayılsa daha effektli ola bilər”.


Modern.az

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page