VƏTƏNİN ZƏFƏR NƏĞMƏSİ – Əlövsət Ağalarov yazır



Görkəmli ictimai xadim, böyük şair, Vətəni özü üçün yox, Vətəni üçün sevən, vətəndaşlıq sənədi almamışdan çox-çox öncə Vətən daşı olan Sabir Rüstəmxanlı hələ tələbəlik illərindən Təbriz, Dərbənd, Borçalı, Turan… deyib haray salanda, sonralar bir ömür hesabına ərsəyə gələn “Ömür kitab”nı yazanda çoxları bu adların xofundan ona salam verməkdən belə çəkinirdilər. Sabir bəyin nəsri də, publisistikası da, elmi-tarixi araşdırmaları da şeirləri qədər dolğun, mənalı və səmimidir. İllər öncə atasının ruhuna güzgü tutub yazdığı “Atamın ruhu” sənədli əsərini birnəfəsə oxuyub dədəmə verdim ki, oxusun. Amma sonra bildim ki, səhv etmişəm. Dədəm bir neçə günə oxudu və mənə qəribə sual verdi: “Sən də məndən sonra (ölümünü nəzərdə tuturdu) belə bir kitab yazarsan?” Bir anlıq tutuldum və nə cavab verəcəyimi bilmədim. Handan-hana özümə gəlib bircə kəlmə – “yox” – deyə bildim. Heç nə soruşmadı. Gördüm fikrə getdi, könlün almaq üçün dedim dədə, yazaram ey, amma belə yaza bilməyəcəm. Çünki Sabir Rüstəmxanlının müraciət etdiyi mövzu hər adamın girişəcəyi mövzu deyil. Vətən uğrunda savaş başlayandan Ordumuzun misilsiz qəhrəmanlığından, döyüş xronikasından bəhs edən əsərlər gözləyirdim. Sükutu həmişəki kimi yenə də Sabir Rüstəmxanlı oxuduğunuz bu poema ilə pozdu. Sanki aydın səmada şimşək çaxdı. Tarixə qısa ekskurs, Ali Baş Komandanımızın xalqımızın həsrət və sevinclə gözlədiyi tvitləri, əsgər və zabitlərimizin sücaəti, işğaldan azad edilmiş rayonlarımızın hər birinə virtual səyahət, o bölgələrin görkəmli şəxsiyyətləri, şair və yazıçılarına verilən dəyər poemanın daha məzmunlu, daha mükəmməl olmasını səciyyələndirir. Xudu Məmmədov, Süleyman Rəhimli, Əli Qaraoğlu (Vəliyev), Sabir Əhmədli, Şamil Dəlidağ, Bəhmən Vətənoğlu, Sücaət… dərin hörmət və sevgiylə anılır. Arxalı köpəklərlə amansız savaşda bizi tək qoymayan qardaş Türkiyə, Pakistan çox böyük ehtiramla yad olunur. Sabir bəy Vətəni bütöv və təmənnasız sevən böyük şəxsiyyətdir. Son illərin poema qıtlığından haqlı olaraq gileylənən oxucu, buyur, Vətən tarixi, savaş dastanı olan bu poemanı sevə-sevə oxu! Bu, adi poema deyil, zəfər nəğməsidir, Vətənin şəninə bəstələnmiş gözəl musiqidir! Sabir Rüstəmxanlı Vətəni belə sevir. Bu sevgi səmimi sevgidir, ana nəfəsitək ilıqdır, istidir. Yadıma macar şairi Şandor Petefinin dəlicəsinə sevdiyi qıza yazdığı məktub-şeirdən bir cümlə düşdü: “sevgilim, gözəl qız, bil və agah ol: səndən ötrü hər şeyimdən –canımdan-qanımdan, hətta Allahın verdiyi coşqun ilhamımdan belə, keçərəm. Amma Vətənimdən ötrü səndən də keçərəm!” Onsuz da, bəlli idi, amma Sabir Rüstəmxanlının bu poemasını oxuyandan sonra onun Vətən üçün hər şeyindən keçə biləcəyinə bir daha əmin oldum.



Sabir Rüstəmxanlının bu bədii şedevrini oxuyanda sanki Dəlidağın mehi, Qoçdaşın şehi, Murovun sazağı birləşib Zarın şaxtasına döndü, bu son aylar onsuz da soyuq olan qəlbimi həzin-həzin üşütdü, amma bu özüylə bir əsim ilıq nəfəs də gətirdi. Sabir bəy adlarını çəkdiyim bu Kəlbəcər toponimlərini yaxşı tanıyır. Bakıda qorabişirən istidən nəfəsi təngiyən kimi ya Yardımlıya, ya da Kəlbəcərə qaçardı. Onun Kəlbəcərə hər gəlişi dostları–Aşıq Şəmşir, Şamil Əsgər, Bəhmən Vətənoğlu, Məmməd Aslan, Sücaət və onlarla kəlbəcərli şair, saz-söz adamı, poeziya həvəskarları üçün əsl toy-bayrama çevrilərdi. Kəlbəcər sevimli qonağını KƏLBƏCƏR kimi qarşılayıb yola salardı. Deyərdim ki, Sabir bəy o xoşbəxt

illərimizdə Kəlbəcərə tez-tez gələn yaradıcı adamların, ziyalıların əksəriyyətindən fərqli olaraq Kəlbəcərin qara günləri başlayandan ta bu günümüzədək Kəlbəcər və kəlbəcərlilərlə bir oldu, hər dərdimizə məlhəm, sözümüzə dayaq oldu. 30 ilə yaxın bir dövrdə Kəlbəcərin möcüzəsi sayılan İstisuyun bir qətrəsi üçün dili-dodağı çatlayanlardan biri də Sabir Rüstəmxanlının olduğunu bildiyimdən dostların Kəlbəcərdən göndərdiyi üç litr suyu qardaş payı kimi, üç yerə böldüm. Bir litrini əziz qardaşım Eldara, bir litrini özümə saxladım, bir litrini də əziz dostum Sabir bəyə göndərdim. Suyu alan kimi dərhal zəng etdi və kövrəldiyini səsinin tonundan duydum: “Qardaş, çox sag ol, məni otuz illik həstərə qovuşdurdun (yenə kövrəldi)… Həyatım boyu aldığım ən qiymətli iki hədiyyənin biri keçən əsrin 90-cı illərində Arazboyu sökülən sərhəd məftillərindən göndərilən 2 kiloqramlıq tikanlı məftil, biri də indi sənin göndərdiyin bu sudur…” Milli təfəkkür, özünün ilk dəfə leksikonumuza gətirdiyi “qan yaddaşı” bax budur!

Birinci çağırış Milli Məclisin iclaslarında Məmməd Aslanın təbirincə desək, “o qovğalı çıxışlarıma” 124 deputatdan ən çox dəstək verən Sabir Rüstəmxanlı olurdu. Hər zaman Kəlbəcərin və ümumən bütün işğal olunmuş ərazilərin daşını sinəsinə döyürdü. Mən son 30-40 ilin ədəbi hadisəsi hesab etdiyim bu poemanı oxuyanda xəyalən o günlərə qayıdırdım, əsl vətənsevər, millətsevər şairimizin o xidmətlərini şükranlıqla xatırlayırdım. Sabir Rüstəmxanlı məfkurə adamı, millətin genetik kodunu varlığında qoruyub saxlayan vətəndaş, Promotey kimi od qoruyucusudur. Bir həqiqəti də deməsəm, ədalətsizlik olardı. Dahilərdən birinin sözüdür: ölkələr qılıncla fəth edilir, ədalətlə idarə olunur. Ona görə ədalətimə xilaf çıxa bilmərəm. Sabir Rüstəmxanlının qoruyucusu, deyərdim ki, talismanı sandığım mərd, əqidəsi, məsləki ilə vəfalı həyat yoldaşından heç də geridə qalmayan ədalət mücəssəməsi əziz bacım Tənzilə xanım Rüstəmxanlı Sabir bəyin bənzərsiz ədəbi nailiyyətində az rol oynamamışdır. Qoşa çinar kimi baş-başa verib bəzən üstlərinə gələn bədniyyətli tufana mərdi-mərdanə sinə gəlirər. Duyğusal, məsum körpə uşaq qəlbinə malik şairin yanında soyuqbaşlı, itizəkalı, ağıllı bir vəfalı qadının–indiki məqamda hörmətli Tənzilə xanımın olması ədəbiyyatımız üçün böyük uğur sayıla bilər. Bu gözəl tandem mənə böyük şairlərimiz Rəsul Rzayla Nigar Rəfibəylini xatırladır. Ailənin gündəlik qarğaşasını yola vermək, yoluna itələnən kötüklərdən getdiyin doğru yolunu təmizləmək üçün millət fədaisi Sabir Rüstəmxanlının nə yaxşı ki, tən yarısı, türk qardaşlarımız demiş, qarısı( əziz bacım, nciməyin, bunu sözgəlişi dedim. Siz hər zaman cavan, təravətli, gözəl türk xanımısınız) Tənzilə xanım kimi əbədi yol yoldaşı, can sirdaşı vardır! Zatən Tənzilə xanım olan yerdə böyük şair və mütəfəkkirimizə, böyük qardaş hesab etdiyim Sabir bəyə zaval yoxdur!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

DSC_6292.JPG

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılmalıdır.

Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib.

Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub.

Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.

Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.

 

İşğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edir:
 

27 sentyabr
 

  • Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri

  • Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri

  • Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər
     

 3 oktyabr
 

  • Tərtər rayonunun Suqovuşan və Talış kəndləri

  • Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri

  • Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi
     

 4 oktyabr
 

  • Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri
     

5 oktyabr
 

  • Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri
     

 9 oktyabr
 

  • Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi

  • Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri 

  • Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri

  • Tərtər rayonunun Çaylı kəndi
     

 14 oktyabr
 

  • Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri

  • Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri
     

15 oktyabr
 

  • Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri

  • Füzuli rayonunun Arış kəndi

  • Cəbrayıl rayonunun Doşulu kəndi
     

 16 oktyabr
 

  • Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri
     

 17 oktyabr
 

  • Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri
     

 18 oktyabr
 

  • Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı
     

 19 oktyabr
 

  • Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri
     

 20 oktyabr
 

  • Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri

  • Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri

  • Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri

  • Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri
     

 21 oktyabr
 

  • Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri

  • Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri

  • Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri
     

 22 oktyabr
 

  • Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi

  • Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri

  • Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri
     

23 oktyabr
 

  • Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri

  • Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri

  • Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri

  • Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri
     

 25-26 oktyabr
 

  • Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri

  • Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri

  • Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.
     

28 oktyabr
 

  • Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri

  • Füzuli rayonunun Mandılı kəndi

  • Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri

  • Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.
     

30 oktyabr
 

  • Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri

  • Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri

  • Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.
     

2 noyabr
 

  • Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri

  • Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri

  • Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.
     

4 noyabr
 

  • Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri

  • Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri

  • Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.


7 noyabr

 

• Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri

• Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri

• Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri

• Zəngilan rayonunun Beşdəli kəndi

• Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri

• Xocalının Qarabulaq, Moşxmaat kəndləri
 

8 noyabr  
 

  • ŞUŞA şəhəri


9 noyabr
 

  • Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri

  • Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri

  • Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx,Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri

  • Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri

  • Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri

  • Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi

  • Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri

 
10 noyabr
 

  • Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.

  • Bəyanata əsasən 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın rayonu Azərbaycana qaytarılacaq.
     

20 noyabr
 

  • Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi azad olunub.Xatırladaq ki, Ağdam işğal edilmiş rayonlarımızın arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonda 138 yaşayış məntəqəsi var.
     

25 noyabr
 

  • Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu da Azərbaycana təhvil verilib.

     

    Qeyd edək ki, Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir.

    2020-ci il yanvarın 1-nə olan məlumata görə, əhalisi 77 min nəfərdən çoxdur. İşğaldan əvvəl rayonda 147 yaşayış məntəqəsi olub.
     

1 dekabr
 

  • Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı birləşmələri Laçın rayonundan

     

    çıxıblar. Rayon Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib.

    Qeyd edək ki, ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda bir şəhər, bir

    qəsəbə və 125 kənd olmaqla, ümumlikdə 127 yaşayış məntəqəsi var. 

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev