VERDİYEV İDRİS ƏLİ OĞLU


Verdiyev İdris Əli oğlu 31 dekabr 1928-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kəndində, ziyalı ailəsində anadan olmuşdur.1945-ci ildə Kəlbəcər şəhər orta məktəbini bitirib və Şaplar kənd ibtidai məktəbinə müdir təyin edilir. 1946-cı ildə Kəlbəcər rayonunun Komsomol Komitəsinin II katibi təyin edlir. Orta məktəbi əla qiymətlərlə bitirdiyinə və nümunəvi işçi olduğuna görə 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə imtahansız qəbul edilir. İnstitutda əla qiymətlərlə oxuduğuna görə İ.V.Stalin adına təqaüdə layiq görülür. İnstitutu fərqlənmə diplomu ilə bitirərək, 1951-ci ildə Moskva Dövlət Universitetinin aspiranturasına daxil olur. 1953-cü ildə atasının qəflətən ağır xəstələnməsi nəticəsində ailəsinin iqtisadi vəziyyəti çətinləşir və anasının təkidi ilə aspiranturadan çıxaraq rayona dönür, Kəlbəcər şəhəri orta məktəbində coğrafiya müəllimi işləməyə başlayır. 1953-cü ildə İsgəndərova Məleykə Müslüm qızı ilə ailə qurur və Ağcakənd orta məktəbinə direktor təyin edilir. Sonra müxtəlif illərdə, Kəlbəcərin müxtəlif kəndlərində (Lev, Güneypəyə, Kilsəlikənd, Geştək, Şaplar kənd-lərində) məktəb direktoru işləməklə ibtidai məktəblərin yenidənqurulması və sahəsinin genişləndirilərək orta məktəbə çevrilməsində fədakarlıqla çalışır. Məktəb direktoru işləməsi ilə yanaşı, uzun illər Kəlbəcər rayon Məhkəməsində Xalq İclasçısı kimi fəaliyyət göstərir. Rayon Daxili İşlər Şöbəsində Sosial Əmlakın Qorunması Şöbəsinin inspektoru vəzifəsində çalışır. Kəlbəcər rayonu “Bilik” Cəmiyyətinin sədri vəzifəsində işləyir. 1972-ci ildə Marksizim-Leninizm Universitetinin Fəlsəfə Şöbəsinə qəbul olur və 1973-cü ildə fərqlənmə diplomu ilə bitirir. 1960-1990-cı illərdə Kommunist Partiyasının üzvü olur. 1990-cı il 20 yanvar Bakı faciəsindən sonra partiya sıralarından çıxır. 1967-1993-cü illərdə Kəlbəcər şəhəri 2 №-li orta məktəbində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. Şaplar kəndində yerləşən Həzi Aslanov kolxozunda iqtisadi vəziyyəti olduqca ağırlaşır və getdikcə daha da çətinləşir. Kolxozun ət-süd planı yerinə yetirilmir, əsasən də heyvandarlıqda qida çatışmamazlığı yüksək həddə çatır. Kəlbəcər rayonunun I Katibi tərəfindən İ.Verdiyev kolxozdakı geriliyin öyrənilməsi və aradan qaldırılması məsələsində rayon rəhbərliyinə kömək edilməsinə cəlb edilir. Vəziyyəti araşdırmaq və kolxozun düşdüyü ağır vəziyyətdən çıxması üçün1969-cu ildə eksperiment olaraq 6 aylıq kolxoz sədri vəzifəsinə təyin edilir. Tez bir zamanda kolxoz ət-süd planını yerinə yetirməklə, heyvandarlığın qış üçün lazımi qida ehtiyatı olan otun yığılmasında böyük uğurlar qazanır və İ.Verdiyev yenidən öz vəzifəsinə Kəlbəcər şəhəri 2 №-li orta məktəbində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə qaytarılır. 1993-cü ilin mart ayının 30-da Kəlbəcər rayonunun Rusiya-Ermənistan qoşunları tərəfindən işğal olması nəticəsində qaçqın düşərək ailəsi ilə birlikdə Azərbaycanın Naftalan şəhərində, 1994-cü ildə Bakı şəhərində, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində məskunlaşır. 1994-2011-ci illərdə Qaraçuxur qəsəbəsi Xarici dillər təmayüllü Gimna-ziyada coğrafiya müəllimi işləyir. 7 övlad atasıdır:-5 qızı və 2 oğlu var (Yaqut həkim, Mirvari fəlsəfə doktoru, Qismət tikinti mühəndisi, Qarabağ-Goranboy cəbhəsində Hərbi İstehkam Bölüyünün komandiri-rəhmətə gedib, Hikmət polis kapitanı, Almas mühəndis, İnci ingilis dili müəllimi, Əsmət fəlsəfə doktoru) 18 iyul 1998-ci ildə Məşhəd şəhərinə İmam Rzanın məzarını ziyarətə getmişdir. 4 mart 2001-ci ildə Məkkə şəhərində, Həcc ziyarətində olmuşdur.

“Laçın-Kəlbəcər rayonunun fiziki-coğrafi səciyyəsi” adlı dissertasiya yazmışdır. Bir neçə il ərzində Kəlbəcər - Laçın fiziki-coğrafi rayonlarının ərazisini tədqiq etmişdir. Rayonun ərazisinə Azərbaycan SSR-nin Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı inzibati rayonları daxil olmuşdur. Olduqca çətin şəraitdə, yüksək dağlıq relyef, tez-tez dəyişən iqlim şəraiti tədqiqatın aparılmasını çətinləşdirsə də, İdris Verdiyev bütün çətinlikləri dəf edərək tədqiqatını davam etdirmişdir və uğurla başa çatdırmışdır. Aylarla at belində gəzərək rayonların relyefini, faydalı qazıntılarını, iqlimini, torpaq, bitki örtüyü və heyvanlar aləmini öyrənmişdir. Çoxlu sayda foto-şəkillər çəkmiş, qiymətli kolleksiyalar toplamışdır. Əsərdə Kəlbəcər-Laçın fiziki-coğrafi rayonunun təbiətinə aid qiymətli elmi materiallar verilmişdir. İkinci dəfə “Kəlbəcərin toponimikası” adlı dissertasiya mövzusu götürərək, yeni elmi istiqamətdə tədqiqata başlamışdır. Azərbaycan SSR-nin Kəlbəcər inzibati rayonu ərazisini qarış-qarış gəzərək oba, binə, kənd, qəsəbə, şəhər, dağ, dərə, bulaq, örüş, çay, göl, yaylaq, qaya, aşırım, çınqıllıq, mağara, çəmənlik, otlaq, ovlaq və s. ərazilərin adlarının mənaları haqqında araşdırmalar aparmışdır. Tədqiqat zamanı çoxlu sayda arxiv materialları araşdırmış, minlərlə yaşlı nəslin nümayəndələri olan yerli əhali ilə görüşmüş və onlardan toponimikaya aid qiymətli informasiya almışdır. Əsəri olduqca uğurla başa çatdırmışdır. Yazdığı dissertasiyaların məzmununa uyğun, tədqiqatların nəticələrinə əsaslanan çoxlu sayda elmi məqələləri Azərbaycan Milli Elmlər Akademiyasının “Xəbərləri”ndə çap etdirmişdir. Coğrafiyanın tədrisi metodikasına aid “Tarix-coğrafiya” metodik jurnalında, “Azərbaycan müəllimi” qəzetində coğrafiya fənninın tədrisinin səmərəliliyinin artırılması üçün metodiki məqələlərlə müntəzəm çıxış etmişdir.


1. “Dağ havası” şerlər kitabı, Bakı, Gənclik nəşriyyatı, 1993, 80 s.

2. “Kəlbəcər həsrəti” şerlər kitabı, Bakı, Azərnəşr, 1996, 130 s.

3. “Taxılmamış mayor paqonu”, Bakı, Qorqud nəşriyyatı, 1998, 128 s.

4. “Kəlbəcərin alim ziyalıları”, Bakı, Ağrıdağ nəşriyyarı, 2001, 258 s.

5. “Qürbət oldu, bir saz oldu, bir də mən” (Qəmkeş Allahverdi

xatirələrdə), Gəncə,Gəncə Poliqrafiya ASC, 2008, 240 s.

6. “Məşədi Cəmil” tarixi-publisist əsər, Bakı, ADPU-nun mətbəəsi, 2008,

185 s.

7. “Gözüm yollarda qaldı”, Bakı, ADPU-nun mətbəəsi, 2011, 262 s.


Əlyazmaları işğal rayonunda qaldığından digər elmi və bədii əsərləri çap

edilməmiş qalmışdır. İşlədiyi müddətdə Qabaqcıl maarif xadimi adını

almış, iki dəfə Lenin ordeninə təqdim olunmuş, çoxlu sayda Fəxri

Fərmanlar, medallar almışdır. Kəlbəcər rayonunda və bütün Azərbaycanda

şair kimi tanınmış, “Bədbin İdris” adı ilə yazdığı şeirlər aşıqların dilinin

əzbəri olmuşdur. Olduqca gözəl saz ifaçısı idi və şirin avazı ilə dinləyiciləri

məftun edirdi. Böyük oğlu Qismət Əliyev (12 yanvar 2009-cu il) ordudan

tərxis olunub rəhmətə gedəndən sonra saz çalmaqdan imtina etmişdir.

Didərgin ömrü yaşayan şair yurd həsrəti ilə illərlə Kəlbəcərə

dönəcəkləri günü gözlədi. Nəhayət, gözləməkdən yoruldu və 18 yanvar

2016-cı ildə Bakı şəhərində dünyasını dəyişdi. Xırdalan qəsəbəsində

Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınmış qəbir istanlıqda,

komandir oğlu Qismətin yanında dəfn olundu.


#alimlər,#ziyalılar,#kəlbəcərlilər

28 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev