VERDİYEVA MİRVARİ İDRİS QIZI


Verdiyeva Mirvari İdris qızı, 6 noyabr 1955-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kəndində, ziyalı ailəsində anadan olub. 1 sentyabr 1962-ci ildə Kəlbəcər şəhər 2 №-li orta məktəbin 1-ci sinfinə qəbul olub və 1972-ci ildə orta məktəbi tərifnamə ilə bitirib. Həmin ildə V.İ. Lenin adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya fakültəsinə daxil olub. İnstitutun Tələbə Elmi Cəmiyyətinin fəal üzvü olmaqla yanaşı, 1973-cü ildə Azərbaycanın əksər rayonlarında və 1974-cü ildə Türkmənistan, Özbəkistan, Qırğızıstan və Qazaxstanda çöl təcrübəsində olarkən, həmin ölkələrin fiziki və iqtisadi coğrafiyasına aid yazdığı hesabatı alimlər tərəfindən yüksək qiymətləndirilib. “Kəlbəcərin təbiəti” adlı diplom işi yazaraq müdafiə edib. Kəlbəcərin təbiətinə aid foto şəkillər və “Kəlbəcərin fiziki xəritəsi” diplom işinin qiymətini artırıb. 1976-cı ildə institutu bitirərək təyinatını Kəlbəcərə alıb və 1976-cı ilin sentyabr ayında Kəlbəcər şəhəri 2 №-li orta məktəbinə müəllim təyin edilib. Fəal komsomolçu olduğundan Müəllim komsomol təşkilatının katibi seçilib. Dəfələrlə Azərbaycan Respublikası Komsomol Komitəsinin və Təhsil Nazirliyinin Fəxri Fərmanları ilə təltif olunub. Yaradıcılıqla məşğul olduğundan rayonun “Yenilik” qəzeti ilə əməkdaşlıq etmiş, Kəlbəcərin təbiətinə, coğrafiya fənninin tədrisinə aid elmi-bədii məqalələr çap etdirmişdir. “Elsevər” təxəllüsü ilə şeirləri rayon və respublikanın qəzet və jurnallarında çap olunub. 1983-1984-cü illərdə Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının Tırnauz şəhərində, 1984-1989-cu illərdə Rusiya Federasiyasının Novosibirsk vilayətinin Çerepanov şəhərində Pedaqoji məktəbdə coğrafiya müəllimi işləyib. Qarabağ hadisələri başlayanda Kəlbəcərə dönmək məcburiyyətində qalıblar və 1989-cu ilin iyulun 11-də Ağdərə şəhərində ermənilərin Bakı-Kəlbəcər şosse yolunda maşın karvanına basqın etməsi nəticəsində ağır yaralanıb və Qarabağ əlilinə çevrilib. Həkimlərin qadağasına baxmayaraq, 1989-cu ilin sentyabr ayından Kəlbəcər şəhər 2 №-li orta məktəbində müəllim işləməyə başlayıb. 1993-cü ilin aprel ayında Kəlbəcərin işğalı ilə əlaqədar olaraq qaçqın düşüb Bakıda məskunlaşıb və konkursdan keçərək Səbail rayonunun 190 №-li orta məktəbinə coğrafiya müəllimi təyin edilib.


Məktəbdə işlədiyi illərdə bir sıra müsabiqələrdə iştirak edərək diplomlara layiq görülüb:


-1994-cü ildə Beynəlxalq Polis Şefləri Assosiasiyası, Azərbaycan DİN-nin, Təfəkkür universitetinin və “Xudu Məmmədov” adına xeyriyyə cəmiyyətinin təşkil etdiyi “Cinəyatkarlığın profilaktikasına dair ən yaxşı ideya və təkliflər” müsabiqəsində Respublika üzrə 2-ci dərəcəli Diploma layiq görülüb.

-1996-cı ildə Azərbaycan Demokratik Maarifçilik Partiyasının və Respublika Müəllimlər Şurasının “Vətən sənin qeyrətinə söykənir!”-mövzusunda qaçqın müəllimlər arasında keçirdiyi Respublika forum-müsabiqəsində Respublika üzrə 2-ci yeri tutaraq Fəxri Fərmanla təltif olunub.

-1999-cu ildə Bakı şəhər Baş Təhsil İdarəsinin müəllimlər arasında keçirdiyi “Ən yaxşı pedaqoji mühazirə” müsabiqəsində Bakı şəhəri üzrə 3-cü dərəcəli diploma layiq görülüb.

-2001-ci ildə Respublikada müəllimlər arasında keçirilən “İlin ən yaxşı mühazirəsi” müsabiqəsində Səbail rayonu və Bakı şəhəri üzrə 1-ci, Respublika üzrə 2-ci dərəcəli diplomlarla mükafatlandırılıb.

-2002-ci ildə Bakı şəhəri üzrə keçirilən “Müasir təlim metodlarının tətbiqinə dair ən yaxşı metodik tövsiyyə” müsabiqəsində Bakı şəhəri üzrə 2-ci dərəcəli diplomla mükafatlandırılıb.

-2003-cü ildə Respublika “Təhsil” Mərkəzi tərəfindən “Abdulla Şaiq” mükafatı laureatı adına layiq görülüb.


Təhsil sahəsindəki uğurlarına görə işlədiyi Səbail rayonu Təhsil Şöbəsi tərəfindən dəfələrlə Fəxri Fərmanlarla təltif olunub.


M.İ.Verdiyeva 1997-2002-ci illər ADPU-nin dissertanturasında təhsil alaraq, “Azərbaycan Respublikasının coğrafiyasının tədrisində praktik və müstəqil işlərin aparılması metodikası” mövzusunda dissertasiya işi yazaraq fəlsəfə doktoru adını almışdır. Tətqiq etdiyi mövzuya aid 3 tezisin, 33 elmi məqalənin (3-ü xaricdə çap olunub), 3 dərs vəsaitinin, 3 metodik vəsaitin və 8 fənn proqramının, 5 bədii publisist əsərin müəllifidir. Onun rəhbərliyi altında 8 nəfər magistrant dissertasiyası üzərində tədqiqat işləri aparır.


1999-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Elmi, bədii məqalələr və şerləri ilə müntəzəm olaraq mətbuatda çıxış edir.


2005-ci ilin avqustunda “Ümumdünya İslam Gənclər Assambleyası”nın Bakı bürosu tərəfindən təşkil olunmuş 1 illik “ərəb dili” kursunu bitirib.


1 oktyabr 2006-cı ildə ADPU-nin Coğrafiya və ÇH fakültəsinin İqtisadi coğrafiya və CTM kafedrasına müəllim təyin olunub. 2013-cü ilin iyin ayından 2016-ci ilin mart ayına qədər Coğrafiya və ÇH fakültəsinin dekan müavini işləyib. Tarix və coğrafiya fakültələrinin birləşməsi ilə əlaqədar olaraq yenidən İqtisadi coğrafiya və CTM kafedrasına müəllim təyin olunub. Fakültə Elmi Şurasının qərarı ilə dosent adını alıb. Hal-hazırda doktorluq mövzusu üzərində elmi tədqiqatlarını davam etdirir.


M.İ.Verdiyevanın aşağıdakı elmi və bədii əsərləri vardır:


- “Azərbaycan Respublikasının coğrafiyasının tədrisində praktik və müstəqil işlərin aparılması” Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu, “İsmail” nəş. Bakı,2002. 38 səh. (Metodik vəsait).

-”Atalar sözləri, adət-ənənələrimiz və müqəddəs Qurani Kərim”, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı, ADPU-nun mətbəəsi, 2010. 250 Səhifə. (Dərs vəsaiti).

- M.İ.Verdiyeva, Ə.İ.İsmayılxanova, D.T.Əfəndiyeva, K.M.Əkbərov “Təcrübəçi tələbələrə kömək”, pedaqoji təcrübə üçün metodiki vəsait, Bakı, ADPU, 2012, Səh. 80. (Metodik vəsait).

-“İqtisadi və sosial coğrafiyanın tədqiqat metodları”, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı, ADPU-nun mətbəəsi, 2014, səh. 158. (Dərs vəsaiti).

- M.İ.Verdiyeva, Ə.İsmayılxanova “Əxlaqi-mənəvi dəyərlər”, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı, ADPU-nun mətbəəsi, 2015, 207 səh. (Dərs vəsaiti).

- M.İ.Verdiyeva, Ə.İ.İsmayılxanova, D.T.Əfəndiyeva, “Təcrübəçi tələbələrə kömək”, (təkmilləşdirilmiş yeni nəşri), Bakı, ADPU, 2018, Səh. 110. (Metodik vəsait).

-Mirvari Elsevər, Sona məktəbi, Bakı, “Adiloğlu” nəşriyyatı, 2007, 296 səh.

-Mirvari Elsevər, Könül fəryad qoparanda, Bakı, ADPU nəşriyyatı, 2012, 216 səh.

-Mirvari Elsevər, Hümmət Həsənov-90, Bakı, Azərnəşr, 2014, 316 səh.


YAP üzvüdür. Ailəlidir, ali təhsilli iki oğlu var.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev