Voleybolçular arasında Azərbaycan Yüksək Liqası: “Murov” komandası “Xilasedicini”ni məğlub edib

12 fevral 2020-ci il tarixdə FHN-nin “XİLASEDİCİ” İdman Sağlamlıq Mərkəzində Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda “Xilasedici” və “Murov” komandaları üz-üzə gəliblər.
KALBAJAR.COM xəbər verir ki, kişilərdən ibarət “Murov” voleybol komandası əzmkar mübarizə apararaq “Xilasedici” klubunu 3:1 (20:25, 23:25,25:23,16:25) hesabı ilə məğlub edib.


