top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Xərçəng xəstəsi olan xanımdan həyat dərsi: "Dedi ki, sən saçsız da..." - REPORTAJ/VİDEO


Deyirlər, xəstəxana divarları məscidlərdən daha səmimi dualar eşidir...

Bəlkə də sağlamlığımızın yerini xəstə hüceyrələr tutanda bu qənaətə gəlirik daha çox. İş masamızı dəmir çarpayılar, yazı qələmlərini inyeksiyalar, ailə üzvlərimizi tibb bacıları əvəzləyəndə anlayırıq əsl duaların dəyərini...

Kəskin “T” hüceyrəli limfoblast (qan xərçəngi) xəstəliyindən əziyyət çəkən biologiya müəllimi Samirə Məmmədova isə xəstəliyindən elə söhbət açırdı ki, elə bil illərdir bu xəstəliklə qidalanır, yatıb-qalxır.


38 yaşlı Samirə Məmmədova bir aya yaxındır ki, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun sakinlərindən biridir. Universiteti bitirdikdən dərhal sonra biologiya müəllimi kimi iş həyatına atılıb. Uzun illərdir şagirdlərinə canlı aləmin yaranışından, bitkilərdən, insanlardan, təbiətdən söhbət açan Samirə müəllimə indi dörd divarın arasında öz xəstə hüceyrələrinə “dərs keçir”. Həm də sözün əsl mənasında. Palataya daxil olanda üzündə gülüşlə qarşıladı bizi. Elə o an anladım ki, qarşımda adi bir xəstə yox, yaşamağa, həyata və sevgiyə aşina olan biri var.

Bir az toxtadım. Çünki gözünü son damla ümidinə qədər həyata dikən biri ilə cəbhənin bu biri tərəfindən – sağlığına ölüm təhdidi olmayan yerdən dayanıb danışmaq mənim üçün asan deyildi.

Samirə müəllimə xəstəliyindən qısa müddət öncə xəbər tutub:

“İşə gedərkən başgicəllənmə, yorğunluq və halsızlıq hiss edirdim. Sonra ayaqlarımın damarları partladı, göyərdi... Dişlərimdə qanama başladı. Kardioloqa müraciət etdim. O isə məni bu instituta yönləndirdi. Analizdən sonra kəskin leykoz aşkar olundu. Həmin andan da müalicəyə başladım. Kimyaterapiyadan sonra özümü çox halsız hiss edirəm. Ancaq bir gün sonra düzəlirəm...”

Həkimin dediyinə görə, Samirənin xəstə vücudu müalicəyə müsbət reaksiya verir. Lakin onun bu xəstəlikdən birdəfəlik qurtulması üçün əməliyyat olunmağa ehtiyac var.

“İlik analizinin cavabları da, təəssüf ki, mənfi çıxdı. Bu xəstəlik iliyimdə də aşkarlandı. Düzdür, müalicələrin müsbət nəticəsi var, amma xəstəlik hər an yenidən baş qaldıra bilər. Buna görə də əməliyyat olunmaq vacibdir. Şükür ki, iki qardaşım var. Onların ilik analizlərindən müsbət cavab alsaq, donorum olacaqlar. İlik köçürülsə, xəstəlikdən tam azad olmaq ehtimalı var. Amma köçürülməsə, ömür boyu kurs-kurs müalicələr edilməlidir”, - deyir, Samirə müəllim.

Samirənin yaxınları bu əməliyyatla bağlı xarici ölkələrlə də maraqlanıb. Deyilənə görə, Azərbaycanda bu sahədə ixtisaslaşmış cərrah yoxdur, lakin:

“Əməliyyat Belarus və Türkiyədə münasib qiymətə oluna bilər. Azərbaycanda isə donor tapdıqdan və əməliyyata hazırlıq gedəndən sonra Talassemiya mərkəzimiz Belarusdan bir-iki günlüyünə xüsusi həkimlər dəvət edir. Əməliyyat Almaniyada da mümkündür. Ancaq orada çox bahadır”.

Müalicəsinin gedişatından razı qalan Samirə əksər insanların gözləntilərinin əksinə olaraq, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan xeyli razılıq etdi:

“Burada çox yaxşı baxırlar hər birimizə. Xəstəliyimi öyrənəndə psixoloji çöküntü yaşadım. Çox ağır diaqnozla daxil olmuşdum xəstəxanaya. Həkimim mənimlə söhbətlər etdi və məni hər şeyin yaxşı olacağına inandırdı. Kimyaterapiyada istifadə olunan dərmanlar və digər ağır pereparatlar var ki, həqiqətən bahalıdır. Ancaq onları dövlətimiz Almaniyadan özü gətirir və bizə pulsuz verilir. Xidmət də çox yaxşıdır”.


Samirənin palata yoldaşı da onun razılıqlarına qoşuldu. Samirəni isə tərif etməkdən doymadı:

“Samirə çox güclü insandır. O, buraya təzə gələndə bütün sutka sistemin altında olurdu. Heç nədən xəbəri olmurdu. Sistemdən sonra saatlarla qusurdu, amma onunla belə yemək yeyirdi. Çünki yaşamaq, xəstəliyə qalib gəlmək istəyir. O qədər çətin proseslərin öhdəsindən gəlirdi ki... Amma yenə də ona çətindir”.

Həmişə saçı daraqlı, sığallı bir qadının indi tüksüz başını yaylıq altında gizlətməsi kimə asan ola bilər ki?

Samirə deyir ki, bu savaş yolunda ona ən böyük dəstəyi ailəsi və övladlarıdır:

“İki azyaşlı qızım var. Bu xəstəliklə ən çox da onların xatirinə savaşıram. Onlar biləndə ki, saçlarımı kəsiblər, çox pis oldular. Ancaq o kiçik ürəkləri ilə mənə dəstək çıxdılar. Böyük qızım dedi ki, ana, sən saçsız da, qaşsız da, kirpiksiz də gözəlsən. Çünki analar hər halı ilə gözəl olur...”

İndi Samirənin içində apardığı müharibədə qalib gəlməsi üçün 100-200 min manat civarında məbləğ tələb olunur. Ancaq onun üçün ən böyük dəstək ona edilən dualardır. Hazırda onun adına bank hesabı açılıb və ianələr oraya toplanır. Samirə deyir ki, qohumları ilə yanaşı, onu tanımayanlar da maddi dəstək göstərirlər. Lakin öz maddi gücləri hesabına bu səddi aşmaq çox çətin məsələdir.

Bu inadkar qadın onunla eyni cəbhədə savaşan insanlara tövsiyələrini də çatdırdı:

“Bütün xəstəliklər kimi, bu xəstəliyin də yox olması 80-90 faiz insanın özündən asılıdır. Bunu bütün səmimiyyətimlə deyirəm. Ruh yüksəkliyi, mübariz olmaq hər şeydən vacibdir bu xəstəlik qarşısında. Mən buna ən böyük nümunəyəm. Çünki xəstəxanaya daxil olanda mənə iki gün ömrüm qaldığını demişdilər. Ancaq artıq bir aydır ki, buradayam, yaşayıram, mübarizə aparıram. Çünki, inanıram...”


Mən də inanıram ki, yaxşılıq da, şər də, nankorluq da, inamsızlıq da, sevgi də insanın sarışan hallarıdır. Buna bu gün bir daha əmin oldum. Hər kəs xəstəxana divarlarının soyuqluğundan şikayət etsə də, bu gün divarlarından qopan istiliyin meyxoşluğu ilə ayrıldım xəstəxanadan. Çünki Samirə məni də inandırmışdı. İnandırmışdı ki, dərdlər, xəstəliklər fərqli olsa da, eyni xoşbəxtliklə çıxır insanın canından...

PUBLİKA.AZ


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page