top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Xaliqin Xalidi dönməz oldu: haqq savaşından və haqq yolundan

Daha bir itkin-şəhid anasının "gözləri yollardan çəkildi:

Xalidin anası Səmayə xala da haqqa qovuşdu

Bu gün daha bir acıdan-acı, ürəkyandıran, gözləri göynədən göz yaşlarımla yazıram.

Xəbər ağır və üzücü idi: “İgid, xalqımızın qəhrəman, cəsur, Kəlbəcərlilərimizin isə doğma balası, Nadirxanlı və Alçalı camaatının yaddaşına qanla, göz yaşları ilə yazılan, Murovdağdan Kəlbəcəri azad etməyə gedən və bir daha qayıtmayan Hümbətov Xalid Əli oğlunun anası Səmayə xalanı da itirdik. Gözləri 30 ildir yollarda qalan Səmayə xalanı deyirəm. Xalidindən də yazmısan ha, bax o igidin anası bu gün haqqa qovuşdu! Bugün, yəni 7 mart günü əvvəldən məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları Göygöl rayonunun Murovdag qəsəbəsində dəfn olundu.

Telefon susdu və... mən də dillənə bilmədim. Mən özüm danışa bilməyəndə nə yaxşı ki, qələmim susmur, ağı deyir ana-bacı əvəzdən, haray çəkir şəhid, itkin qardaşlarının yerinə...

Xatırladım ki, itkin anası Səmayə xala Kəlbəcərin işğalından sonra əmək fəaliyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatında çalışaraq, şöbə müdiri vəzifəsinədək yüksələn, daim el-obasının yanında olan, hər birimizə daim qayğı göstərən Qurban Sadıqovun bibisidir...

Onsuz da yaddaşımnan silinməyən o qanlı-qadalı illər bir daha kino lentinə döndü gözlərimdə. Nadirxanlıdan ilk dəfə yazdığım şəhidim Siyavuş əminin oğlu Natiq olub! Xalidi şəhid kimi yaza bilmirdim, qələmim qırılırdı, dilim topuq çalırdı. Ana qarğışından qorxduğum üçün layiq olduğu kimi yaza bilmirdim. Axı, itkin gözləyən ana-bacıların gözlərini yollardan çəkməyə mənim haqqım yoxdur! Yenə də o illərdəki kimi, qorxa-qorxa yazıram, Yaradan günahım varsa, bağışlasın.

Murov hərbi əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalmış Kəlbəcərli 7 zabitdən biri, 701 saylı hərbi hissənin 3-cü batalyonunun Qərərgah rəisi, baş leytenant Xalid Hümbətovun anasından söhbət gedir. Bir ucalıq simvolu, Vətənin şəhid oğlu Xalidi deyirəm. Həm də təkcə mən yox, Xalidin döyüş dostlarıdndan salamat qayıdanların fikrini yazmağa çalışıram! Onun döyüş yoldaşı İlqar Quliyev bu mənada yenə də öndədir. İgidlərimizin cəsurluğunu, ləyaqətli döyüş yollarından ürəklə söz açan İlqar Quliyevi deyirəm, tanıdınızmı? Xöləzəkli İlqar!

İlqar bəy yazır: “Allahın xoş günündə yaratdığı əsil İnsan! Böyük ürək sahibi! Vətəni, Milləti və Dövləti canından da çox sevən bir fədai, bir döyüşçü Xalidi siz də tanıyırsınız! Üzündən nur tökülən, gözəl simalı, bu dünyaya yalnız və yalnız xeyir işlər və xeyir əməllər üçün gəlmiş böyük Vətəndaş Xalid! Mayası halallıqdan tutulmuş və xəmiri halallıqdan yoğrulmuş qədim türk tayfasına mənsub olan Alçalı (Aşağı Qılınçlı kənd ərazi dairəsi) kəndində Əli kişinin ailəsində dünyaya göz açmış, Səmayə xanım kimi bir ananın, bir nurüzlünün dünyaya gətirdiyi dəyərli oğul! Əli Hümbətovun 9 övladı vardı. Yeganə ail təhsil alan isə təkcə Xalid olmuşdu. 5 qardaş 4 bacı idilər.

Hə... “Nağıl dili yüyrək olur”,-deyib müdriklərimiz. Amma mənim nağılım qaradır, yazılmır...

Səmayə xanımın doğma bacısı, yeganə oğul övladını erkən itirmiş Səkinə müəlliməyə oğul kimi verdiyi, Səkinə müəllimənin və onun həyat yoldaşı, Kəlbəcər təhsilində öz sözü və Kəlbəcər ictimaiyyəti içərisində öz yeri olan, ömrünün sonuna qədər Nadirxanlı kənd natamam orta məktəbində direktor vəzifəsində işləmiş Nadir müəllimdən təlim-tərbiyə alıb, onun himayəsi ilə boya-başa çatmış bir ziyalı - bir hərbçi..!”

Bilirsiniz həm də hansı Xalidi deyirəm? Bilirsiniz: Səkinə müəllimənin və Nadir müəllimin qızları - Məhinin, Həqiqətin, Afaqın, Mehparənin və Fəridənin tək qardaşı, 4 bacının güvənc yeri, and yeri olan Xalidi!

Bir müddət müəllim işlədikdən sonra Kəlbəcər Rayon Təhsil Şöbəsində yüksək vəzifə tutsa da, Vətənin dar günündə silaha sarılaraq doğma torpaqların müdafiəsinə yollanmış igid əsgər, cəsur zabit olan Xalid Hümbətov 1988-1994-cü illərdə xeyli sayda əməliyyat planı hazırlayaraq, onları qələbə ilə başa çatdırmış peşəkar bir hərbçi idi!

5 fevral 1994-cü ildə “Söyüdlü” hərbi əməliyyatı zamanı xəstə olmasına və həmin döyüşə gedişi batalyon komandiri tərəfindən qadağan edilməsinə baxmayaraq, 3-cü batalyonun 111 və 4-cü batalyonun 124 nəfər əsgər və zabiti ilə birlikdə əsas strateji “Qaraqaya” zirvəsini ələ keçirərək, heç bir əlavə kömək almadan 3 gün müddətində hər iki batalyonun canlı qüvvəsi ilə birlikdə həmin zirvədə dayanan bir qəhrəman, komandirdən söhbət gedir!

8 fevral 1994-cü il tarixdə 241 nəfər döyüş yoldaşlarının xilası üçün, Fehruz, Şahin, Mirzəli, Babək, Faiq və adları bizə məlum olmayan 7 nəfərlə birlikdə öz canını Vətənə qurban verən Xalid də Şəhidlik zirvəsinə yüksəlməklə öz adının mənasını - ölməz olduğunu sübuta yetirdi. (“Xalid” ərəb dilində ölməz və ya əbədi deməkdir).

Xalid Hümbətov Alçalı kəndində dogulsa da, yeganə oğlunu itirən, Nadirxanlıda yaşayan, çox hörmətli ziyalı, məktəb direktoru olan Nadir Rəhimovun ailəsində böyümüş, oğul əvəzi olmuş, ali məktəbi bitirdikdən donra təyinatla bu kənddə müəllim işləmiş,1994-cü ilin qışında “Murov əməliyyatı”nda qərərgah rəisi olan Xalid Hümbətov şəhid olmuş bu günədək nəşi tapılmamış, məzarı belə olmamışdır ki, valideynləri və əzizləri ziyarət etsin. Çox təəsüf ki, Nadirxanlı kəndindən olan beş nəfər Birinci Qarabağ müharibəsi şəhidlərinin-baş leytenant, Qərargah rəisi Hümbətov Xalid Əli oğlunun (20.05.1961-15.02.1994), PDM komandiri Məlikov Natiq Siyavuş oğlunun (02.10.1962-28.03.1993), çavuş Abbasov Müşfiq Dilqəm oğlunun (01.10.1971-04.04.1993), əsgər Bəxtiyarov Qahir İsgəndər oğlunun (17.11.1973-03.04.1993), əsgər Hacıyev Mürvət İzzət oğlunun (27.05.1974-06.04.1993) nəşi bu günədək müəyyən edilərək dəfn edilməmişdir. Vətən müharibəsinin şəhidi, gizir, taqım komandiri Məmmədli İsmayıl Mahir oğlu isə (01.01.1996-14.12.2020) 2020-ci il 1 oktaybr tarixdə Murovdağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 74 gündən sonra onun nəşi müəyyən edilərək Göygöl rayonunda dəfn edilmişdir.

...Bu da itkin oğul yolu gözləyən daha bir ananın son nəfəsi və son mənzilə aparan yolu. Bu yol uzun olmadı, balasının itkinlik yolundan da qısa. Səmayə ana dözdü, çünki Xalid kimi oğul itirib, gözləri yollara dikilib qalmışdı.

Buna dözmək yox, gözləmək deyərdim: gözlərini yollardan yığışdıra bilməmək...

Yeriniz behişt olsun, Səmayə ana, igid oğul anası, şəhid anası! Ruhun şad, məkanın cənnət olsun!

Məhəmməd Nərimanoğlu

07 mart 2023-cü il

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page