top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Xaricdə bizi layiqincə təmsil edən TƏLƏBƏLƏRİMİZ


Ayaz, bir az özün haqqında məlumat verərdin…


- Salam, ilk növbədə belə bir müsahibə və diqqətiniz üçün sizə təşəkkür etmək istərdim. Mən Cabbarlı Ayaz Araz oğlu, 2000-ci il yanvar ayının 16-da Bakı şəhərində anadan olmuşam. İbtidai sinifi 153 N-li məktəbdə bitirəndən sonra,orta təhsilimi Baki Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar Liseyi”ndə davam etdirmişəm. 2015-2016-cı illərde Bakı şəhəri

“Məktəblər arasi fenn olimpiadasi” da iştirak etmiş, tarix fənni üzrə 2 dəfə birinci Yerə layiq görülmüşəm. Daha sonra isə ali təhsil almaq üçün Macaristanın ən tanınmış və prestijli universitetlərindən olan Debrecen Universitetinə müraciət

etdim, müsahibə və imtahanlardan uğurla keçdiyim üçün Dövlətlərarası təqaüd programı olan “Hungaricum Stipendium” təqaüdünə layiq görüldüm. Bu il artıq 3 cü ilimdir ki, Debrecen UniversitetindeBusiness Administration and Management” (Biznesin idarə edilməsi və menecment) ixtisası üzrə ödənişsiz təhsil alıram.



Bəs belə bir universiteti seçmək ideyası hardan ağlına gəldi?


- Mənim bu universitet ilə tanış olmam və təqaüd programına müraciət eləməmə əsas stimul verən mənim qardaşım Yusif idi. O, TQDK da kifayet qədər yüksək bal yiğmasına baxmayaraq, xarici bir çox universitetlərə müraciət eləmiş, müsahibələri uğurla keçmiş, sonda Debrecen Universitində təhsil almağı tərcih eləmişdi. Mən artiq 11-ci sinifdə oxuyanda Debrecen Universitetində təqaüd

proqramı açıldığına görə qardaşım məni müraciət eləməyim üçün cəsarətləndirmişdi və artıq bu universitet haqqında bir çox müsbət məlumatlara sahib idim. Və mən bir müddət araşdırma eləyəndən sonra Macaristanın bir neçə universitetinə müraciət elədim və sonda istər dünya universitetləri siyahısında öz reytinqinə görə, istərsə də təhsildə uğurlarına görə ən doğru seçimin bu

universitet olacağın qərar verdim.



Oxuduğun universitetdə neçə nəfər azərbaycanlı tələbə təhsil alır?


- Bizim universitetdə toplam 80 nəfərə yaxın azərbaycanlı tələbə təhsil alır, ümumi Macarıstan üzrə isə 300 nəfərə yaxındır.


Bir çox gənclərimiz xaricdə təhsil aldıqdan sonra vətənə qayıtmaq istəmirlər.

Sən necə düşünürsən?


- Mənim fikrimcə hər bir xaricdə oxuyan tələbə öz təhsilini başa vurduqdan və bir Müddət işləyib, xarici təcrübəyə sahib olduqdan sonra öz vətəninə qayıtmalı və öz təhsilini, təcrübələrini bölüşməli, dövlətinin həm iqtisadi, həm siyasi baxımdan daha da irəliləməsinə çalışmalıdır. Məncə bu bizim vətənə əsas borcumuz olmalıdır.


Azərbaycanlı tələbə olaraq orda ölkəmizi layiqincə təmsil edə bilirsinizmi?


- Mən düşünürəm ki, bizim bu sahədə eləməli olduğumuz işlər hələ çoxdur və əlimizdən gəldiyi qədər mən və qardaşım dövlətimizi, ölkəmizi təmsil eləməyə çalışırıq. Mən və qardaşım Yusif bu bir necə ildə mütəmadi olaraq Azərbaycanın Macarıstandakı Səfirliyində, Budapeştdə keçirilən tədbirlərdə iştirak edir, eləcə də əlimizdən gəldiyi qədər öz bayramlarımızı, dövlət əhəmiyyətli tədbirlərimizi, anım günlərimizi Debrecen şəhərindəki digər azərbaycanlı tələbələrlə birlikdə qeyd etməyə çalışırıq. Eləcə də son bir ildə Azərbaycan Respublikasının Diasporla Iş

Üzre Dovlət Komitəsinin dəstəyi ilə Budapeştdə keçirilən tədbirlərdə iştirak etmiş

və “Debrecende yaşayan azərbaycanlılar” cəmiyyətini yaradaraq, azərbaycanlı

tələbələrlə daha sıx əlaqədə olmağa çalışmışıq. Və bunlardan ən vacibi bir neçə

gün öncə Berlin şəhərində 30 dan çox ölkədən gələn minlərlə soydaşımızın iştirak elədiyi “Xocaliya Ədalət” mitinqində mən, qardaşim Yusif və bu şəhərdə təhsil alan bir necə tələbə ilə iştirak etdik və səsimizi dünyaya çatdirmağa

çalışdıq.


Kəlbəcər rayonu ata-baba yurdundur. Sən təbii ki, Bakıda anadan olmusan. Kəlbəcər haqqında necə təsəvvürün var, heç olmasa atanınızın necə bir bənzərsiz Vətən torpağını itirdiyini bilirsinizmi?


- Bəli, özüm Kəlbəcərdə doğulmasam da, istər ailəmin, qohumlarımın danışdığı xatirələrdən, evimizdəki köhnə Kəlbəcərə aid olan ve uşaqlığımdan indiyə kimi baxdığım kasetlərdən, şəkillərdən gördüyüm qədəriylə deyə bilərəm ki, belə zəngin bir təbiətə malik, geoloji quruluşunun müxtəlifliyi ilə seçilən, istər Zod yatağı kimi təbii sərvətlərlə zəngin, istərsə də Istisu kimi mineral bulaqlara sahib

olan, oz gözəlliyi Isveçrə ilə müqayisə olunan bir yerdə doğulmadığım və indiyə qədər belə bir bənzərsiz torpağı görə bilmədiyim üçün çox heyfsilənirəm. Amma düşünürəm ki, sadəcə Kəlbəcərin yox, digər işğalda olan torpaqlarımızın da geri qaytarılması üçün əsas vəzifə biz gənclərin öhdəsinə düşür və əminəm ki bir gün yenidən bu torpaqlara qayidacayıq.



Ayaz, qarşıda hansı məqsədlərin var?


- Qarsıdakı məqsədlərimin ən əsasi hal hazırda təhsil aldığım universiteti yaxşı qiymətlərlə bitirib, təhsilimi magistr pilləsinə yüksəltməkdir və ailəmin mənə olan etimadını doğrultmaqdır.


Bu səmimi müsahibə üşün sizə minnətdarlıq bildiririk,ən vacib isə bu arzularınızı tezliklə reallaşmasını arzulayırıq.Uğurlar sizinlə olsun.


Rəşad Abdullayev

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page