top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Xocalı soyqırımı günü Şəhidin xatirə lövhəsinin açılışı oldu

Söyüdlər deyilən ərazinin adı dəyişdirilib Şəhid Vəliyev Firdovsi Fazil oğlunun adı verildi. Küçənin giriş hissəsində Xocalı soyqırımı günü Şəhidin xatirə lövhəsinin açılışı oldu.


Vəliyev Firdovsi Fazil oğlu 1966 – cı ildə Ağdam rayonu Şelli kəndində anadan olmuşdur. 1990 –cı ildə İqtisadiyyat İnstitutunu bitirib. Şəhər pərakəndə ticarərt birliyində mühasib vəzifəsində çalışmışdır. Ailədə 4 bacının bir qardaşı idi. 1991 –ci ildə Ağdam ərazi Özünümüdafiə Batalyaonuna qəbul edilmiş ilk könülülərdən idi. Onu bu yola öz vicdani, vətənpəvərlilk hissindən doğan qeyrəti gətirmişdir. O, Ata və Anasının tək oğlu olmağına baxmayaraq, Qarabağın dar günündə Onu vətəndən əsirgəmədilər. 26 fevral 1992 ci il Dəhşətli Xocalı Soyqrımı xəbəri Şelli kəndinədə çatmışdır. Şellinin lap yaxınlığında yerləşən Qara qayada mühasirəyə düşmüş xocalıları xilas etmək üçün Firdovsi və onun dostları döyüşə atıldılar. 24 saatdan çox qanlı döyüş oldu.Firdovsi və onun bölüyü əsir götürülümüş 35 nəfər qadını, qocanı və körpələri erməni döyüşçülərindən xilas edə bildi. Donuz damına yerləşdirilmiş əsirlərdən sonuncusunu xilas etmək üşün geri dönən Firdovsi düşmənlə üz- üzə gəlir və mərmininsinin bitdiyini görən qəhrəman düşmənlə əlbəyaxa döyüşə atılır. Firdovsi ilə bacara bilməyəcəklərini görən erməni dığaları avtomat silahı ilə Firdovsinin vətən hissi ilə dolub daşan ürəyini əbədi susdurdular. Firdovsi Vəliyev 25 fevral 1997 –ci ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən Bayarq Ordeni ilə təltif olunmuşdur.


Bildirmək istəyirəm ki, 1 il öncə Qəsəbə sakinlərinin təşəbbüsü ilə Binəqədi-Xırdalan şosesi döngə 8-ə Şəhid Firdovsi Vəliyevin adını verilməyi bizi çox sevindirdi. Cənab Prezidentin diqqət və qayğısı nəticəsində Firdovsi Vəliyev küçəsi asfalt örtüyü ilə təmin edilmişdir. 26 fevral 2020 ci ildə Adı çəkilən küçənin girişində Şəhid Firdofsi Vəliyevin xatirəsini əbədiləşdirmək üçün Xatirə Lövhəsi asılmışdır. Şəhidin Anası Vəliyev Elgül, bacıları Vəliyeva Vəsilə, Nəzakət, əmisi Vəliyev Şamil, Əmisi oğlu Vəliyev Rafayıl , digər qohumları xüsusilə Şükurov Ərəstun, kalbajar.com saytının əməkdaşı Səbuhi Ağaya və Nicat müəllimə göstərdikləri köməkliyə görə öz təşəkkürlərini bildirmişlər.

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page