Xocalı soyqırımı ilə bağlı yeni şəkillər yayıldı – FOTO

Türkiyəli jurnalist İrfan Sapmaz Xocalı soyqırımı zamanı lentə aldığı bir neçə nadir fotonu sosial şəbəkədə paylaşıb. Kalbajar.com oxu.az-a istinadən xəbər verir ki, İ. Sapmaz 1992-ci ildə Azərbaycanda Xocalı qətliamı zamanı o dönəmin “Sony” kamerası ilə çəkiliş edib. “Olayı “Hürriyet” qəzeti və çalışdığım TRT vasitəsilə dünyaya ilk dəfə mən çatdırmışdım. Bəlkə də bu fotolarda olan qardaşlarımızdan bəziləri şəhid olub”, – deyə İ.Sapmaz bildirib. Qeyd edək ki, İrfan Sapmaz Xocalı soyqırımı hadisəsini dünyada işıqlandıran ilk jurnalistlərdəndir. O, müxtəlif ölkələrdə müharibə müxbiri kimi fəaliyyət göstərib. 90-cı illərin əvvəllərindən 2000-ci ilə kimi Azərbaycanda nəşr edilən “Avrasiya” qəzetinin sahibi və baş redaktoru olub. Hazırda Türkiyədə fəaliyyət göstərir.