Xocalıdan olan qız 16 il sonra anasının öldürülmüş fotosunu gördüyünə sevinib - DƏHŞƏT

Xocalı soyqırımı zamanı hər iki valideyni qətlə yetirilmiş Milli Qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Həsənova 16 il sonar anasının öldüyünü əks etdirən şəkli gördükdə keçirdiyi hissləri bölüşüb. Yasəmən Həsənova Facebook hesabında anasının da öldürüldüyünü əks etdirən şəkli paylaşaraq, bunu həm sevinc həm də kədər kimi qiymətləndirib: “Faciədən 16 il sonra anamın əsir olaraq yolunu gözlədiyim bu şəkil məni həm sevindirdi həm de ürəyimi ağrıtdı. Çünki anam ermənilərə girov düşmədi”. Yasəmən Həsənova bununla şəhidlik zirvəsinin girovluqdan daha üstün olduğunu, anasının yad əllərdə qalmaqdansa şəhid olmasının daha yüksək olduğunu nəzərə çatdırmaq istəyib.

Xatırladaq ki, Yasəmən Həsənovanın atası Tofiq Hüseynov öz həyatını Xocalı şəhərinin mühafizəsinə qurban verib. O, göstərdiyi qəhrəmanlığa görə, Milli Qəhrəman adını alıb. Onun anası isə həyat yoldaşını görmədən evlərini tərk etməyib və ermənilər tərəfindən güllələnib. Yasəmən özü həmin dəhşətdən donaraq, güllə yağışı altında gecə səhərədək yol qət etməklə xilas ola bilib. O, hazırda Xocalı məktəbində müəllimə işləyir.