Xudavəng monastır kompleksi



Kəlbəcər rayonu - Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın mərkəzi hissəsində yerləşir. Qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Sahəsi 1936 km2, əhalisi 83 200 nəfərdir (01.01.2011). Mərkəzi Kəlbəcər şəhəridir. Rayon 2 aprel 1993-cü il tarixindən erməni işğalı altındadır. Rayona Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və Zivel, Keşdək, Nadirxanlı, Taxtabaşı, Həsənriz, Qozlu, Qozlu Körpü, Narınclar, Çərəktar, Lev, Abdullauşağı, Qaraçanlı, Ağyataq, Fətalılar, Mozkənd, Ağdaban, Çayqovuşan, Ağcakənd, Oruclu, Zağalar, Təzəkənd, Yenikənd, Əli Bayramlı, Vəzirxana, Almalıq, Laçın, Əsrik, Çoban Kərəkməz, Çorman, Aşağı Ayrım, Үuxarı Ayrım, Boyaqlı, Bağlıpəyə, Vəng, Bağırlı, Başlıbel, Xallanlı, Əlirzalar, Şahkərəm, Çovdar, Dalqılıclı, Otaqlı, Dərəqışlaq, Barmaqbinə, Otqışlaq, Dəmirçidam, Qanlıkənd, Zar, Vəng, Yellicə, Alolar, Kaha, Həsənlər, Armudlu, Təkdam, Zəylik, Hopurlu, Şeyinli, Zülfuqarlı, Qaragüney, Keçiliqaya, İstibulaq, Göydərə, Ağdaş, Qamışlı, Bağırsaq, Comərd, Qaragüney, Nəcəfalılar, Pirilər, Kilsəli, Quşyuvası, Qılıçlı, Quzeyçirkin, Mərcimək, Ağqaya, Çopurlu, Birinci Milli, İkinci Milli, Ücüncü Milli, Günəşli, Allıkənd, Воуur, Alçalı, Orta Qaraçanlı, Baş Qaraçanlı, Aşağı Qaraçanlı, Tatlar, İmambinəsi, Xolazəy, Alxası, Sarıdaş, Güneypəyə, Seyidlər, Cəmilli, Susuzluq, Qasımbinəsi, Sınıq Kilsə, Başkənd, Tirkeşəvənd, Zərqula, Qazxanlı, Qalaboyun, Qaraxançallı, Çaykənd, Kəndyeri, Kilsə, Aşağı Xaç, Mişni, Cəpli, Elyaslılar, Saplar, Məmməduşağı, Aşağı Şurtan, Yuxarı Şurtan, Soyuqbulaq, Təkəqaya, Babaşlar, Bozlu, Çıraq, Tövlədərə, Məmmədsəfi, Yanşaq, Zallar, Yanşaqbinə, Dovşanlı, Bazarkənd, Hayad, Qızılqaya, Yuxarı Oratağ, Vəngli, Çormanlı, Şahmansurlu, Heyvalı, Dəvədaşı, Yayıcı, İmarət Qərvənd, Çapar, Zərdəxaç, Kolatağ, Damğalı, Çıldıran, Mehmana kəndləri daxildir.


İşğaldan əvvəl rayonda 95 ümumtəhsil məktəbi, texniki peşə məktəbi, 44 klub, incəsənət məktəbi, muzey, mərkəzi xəstəxana, poliklinika, uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 feldşer-mama məntəqəsi, 23 kənd ambulatoriyası fəaliyyət göstərib, bir sıra tarixi və memarlıq abidələri, о cümlədən alban məbədləri və s. qeydiyyata alınıb. 


Kəlbəcər rayonunun Vəng kəndi ərazisində, Tərtərçayın sol sahilində yerləşən Xudavəng, ya da Dədəvəng kompleksi Azərbaycanın xristian memarlığının ən iri və ən gözəl abidələrindən biridir. Əfsanəyə görə Qafqazda ilk xristian missioneri olmuş apostol Faddey-Dədə bu kompleksdə dəfn olunmuşdur. Ona görə Xudavəng kompleksinin təməlinin IV əsrdə qoyulduğu ehtimal olunur. Kompleksdə əsas inşaat işləri XIII əsrdə Alban knyazı Vaxtanqın zamanında aparılmışdır. Monastır kompleksinin tərkibində indi iyirmidən çox tikili və tikili qalıqları vardır. Kompleksin baş kilsəsini 1214-cü ildə knyaz Vaxtanqın arvadı Arzu xatun tikdirmişdir. Uca günbəzi və əzəmətli həcmi ilə bütün kompleksin dominantı olan Arzu xatun məbədi Qafqaz Albaniyasının xristian memarlığının şah əsərlərindəndir. Ehtimal edilir ki, kilsənin interyerindəki freskaları Arzu xatun və onun qızları işləmişlər.


Kilsənin qərb və şimal baştağları daş üzərində incə oyma naxışlarla bəzədilib. Kompleksin əsas dini hissəsi plan və kompozisiyası ilə fərqlənən bir-birinə bitişik 7 həcmdən ibarətdir. Kompleksin əsas binası Böyük Həsən kilsəsidir. Dini binalardan cənubda isə, yamacda mülki tikililər, eləcə də saray, yaşayış və təsərrüfat binaları yerləşir. Kompleksə daxil olan binalar çoxəsrlik inşaat mədəniyyətini, orta əsr Azərbaycan xristian memarlığının müxtəlif tiplərini dolğun nümayiş etdirir. Xudavəng monastır kompleksində çoxlu inşaat kitabələri və yazılar qalmışdır. Onlarda göstərilən bir sıra adlar: Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz və s. bu abidəni ucaldanların etnik mənsubiyyətinin — türklüyünün dəqiq göstəricilərindən biri sayılmalıdır. Bu abidənin çoxsaylı oyma daş bəzəklərində Azərbaycanın müsəlman memarlığı ilə birbaşa bağlılıq da aydın hiss olunur.


Hazırda erməni işğalı altında olan alban Xudavəng monastır kompleksini erməni tədqiqatçıları erməni abidəsi kimi təqdim etməyə çalışırlar. 

#Qalalar #Abidələr #İşğal #Vandalizm

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev