YAP Kəlbəcər rayon təşkilatı GB-nin fəalları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər




Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında beynəlxalq ictimaiyyətə ünvanlandığı “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajı ümummilli ideya kimi qəbul edilərək ətrafında milyonları toplamışdır.

Kəlbəcər rayon İcra Hakimiyyətinin dəstəyi ilə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin fəalları 30 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajına həmrəyliklərini nümayiş etdirmək məqsədi ilə işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə yürüyüş etmiş, ölkə başçısı möhtərəm cənab prezident İlham Əliyevə dəstəklərini ifadə etmişlər. Səfər çərçivəsində “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilmiş, daha sonra Cocuq Mərcanlı kəndində yaradılan infrasturukturla tanış olunmuş, Şuşa məscidinin bənzəri olan məsciddə şəhidlərimizin əziz xatirəsinə dualar oxunmuşdur. Tədbir iştirakçıları Cocuq Mərcanlı kənd tam orta məktəbində məktəbin kollektivi ilə görüşmüş, məktəbə xatirə hədiyyələri təqdim edilmişdir.



Kelbecer.ih.gov.az

63 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev