Yaxın dostu intihar edən müəllimdən danışdı: 'O, əvvəlki Şaiq deyildi, hər şey alt-üst olmuşdu&



“Bir nəfərin ölümünə səbəb olduğuna görə digər tərəf də məsuliyyətə cəlb olundu. Bunu aradan qaldırmaq üçün bir az maddiyyat lazım idi. Hamı ona kömək etdi”.

Kalbajar.com xəbər verirki bu sözləri AzEdu.az-a intihar edən gənc müəllim Şaiq Sadıqzadənin adını çəkilməsini istəməyən dostu onun haqda danışarkən deyib.

“O, əvvəlki Şaiq müəllim deyildi”

Onun sözlərinə görə, Şaiq müəllim avtomobil qəzası keçirmiş, bunun nəticəsində qarşı tərəf rəhmətə getmişdi. Elə bu qəza onun həyatını birdən-birə dəyişib:

“Elə bu hadisədən sonra onda xeyli dəyişiklik baş vermişdi. Hadisədən əvvəl o, həyatda, ictimaiyyət arasında nəyisə müzakirə etməyi sevir, hər şeyin ədalətli olmasını istəyirdi. Hər şeyin ədalətli bölgü əsasında aparılmasını arzulayırdı. Təhsilə xüsusi önəm verir, həmişə gənc müəllim kimi fikirlərini bildirirdi. Hamı da onu dəstəkləyirdi. Onu özümə qardaş bilirdim...

Bəlli hadisədən sonra isə o, əvvəlki Şaiq müəllim deyildi. Qarışıq fikirlər ondan əl çəkmirdi. Bu problemi aradan qaldırmaq üçün ona dəstək olduq. Deyirdik ki, fikir etmə, şükür, sağ-salamatsan. Bunları dedikcə onda belə fikir yaranırdı: “Camaat mənə belə dəstək olursa, mən bunu necə doğruldacam? Bunu qəbul edə bilmirdi.

Şaiq müəllim son vaxtlar qapalı insan idi. Deyirdim ki, Şaiq müəllim bu hadisədən heç kim sığortalanmayıb. Bu, hamının başına gələ bilər. Hər dəfə soruşurdum ki, Şaiq müəllim, niyə beləsiniz? Deyirdi ki, başım ağrıyır. Anlatmağa çalışırdım ki, başının ağrıması çox fikir etməyindən irəli gəlir. Özünə psixoloji təsdiq edirsən”.

Şaiq müəllim çox savadlı gənc olub. Keçən ilin sentyabrında MİQ imtahanlarından 48 bal toplayaraq işə qəbul olunub. İntihar hadisəsi baş verənəcən müəllim işləyib.

“Sanki bu hadisə bir anda baş verib”

Müsahib bildirib ki, dostunun şagirdlərlə ünsiyyəti də çox yaxşı olub. Şagirdlərinə öz biliyini maksimum çatdırmağa çalışırdı:

“Müəllimlik işindən bizə çox danışardı. Dediyinə görə, məktəbdə bir otağı vardı və hər Coğrafiya dərsində şagirdlər o otağa daxil olmaq üçün can atırmışlar. ..

Deyirlər ki, o, son gündə də şagirdlərini həmişəki kimi mehribanlıqla qarşılayıb, dərsi də normal qaydada izah edib. Sanki bu hadisə bir anda baş verib.

Müəllim yoldaşları ilə də münasibəti çox yaxşı idi. Kolleqalarımız başqa mövzularda danışanda biz təhsil haqda danışmağa can atırdıq ki, təhsilin içində olaq”.


Mərhum müəllimin yaxın dostu onun ixtirası barəsində də danışır:

“Onun ixtirası da vardı. Bu, elektronika ilə bağlı idi. Şaiq müəllim onunla tanındı. Elektronikaya marağı çox idi. O, yalnız Coğrafiya elminə deyil, bütün sahələrə diqqət edirdi. Adi salam verəndə belə, onu necə almaq haqda düşünərdi. Hər şeyi fərqli düşünər, hər şeydən nəticə çıxarardı”.

Qeyd edək ki, əslən Kəlbəcərdən olan 27 yaşlı Şaiq Sadıqzadə noyabrın 24-də yaşadığı evin həyətindəki ağacdan özünü asaraq həyatına son qoyub. Ş.Sadıqzadə Lənkəran Dövlət Universitetinin məzunu olub və coğrafiya müəllimi işləyirmiş. O, tələbə olarkən ixtira etdiyi cihazla gündəmə gəlmişdi. Mərhum həm də şair kimi tanınıb, müxtəlif şeirlərin müəllifi olub.

Allahdan rəhmət diləyirik Şaiq qardaşımıza..


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev