Yay Dünya Transplant oyunlarına qatılan KƏLBƏCƏR-li Sahil Qasımov 3-cü yerə layiq görüldü.


Dünyada minlərlə insan eyni tellərlə birləşir. Bu tellərdən biri də insanların öz orqanlarını digərlərinə bağışlamasıdır. Transplantasiya ilə ölümdən qurtulmuşlar yaşamaq üçün onlara orqan və toxumalarını bağışlayan son dərəcə xeyirxah insanlara, eləcə də doğmalarına özlərini borclu hesab edirlər.

Əziz həmvətənlərimizin heç xəbəri varmı ki, bədəninə orqan transplantasiya edilmiş insanların dünya üzrə idman yarışları keçirilir? Bu barədə Millətçilik qəzetinə Tibbi Reabilitasiya Xəstəxanası və Müharibə və Əmək Veteranları Respublika Xəstəxanasının Ultrasonographer həkimi İntizar Məmmədova məlumat verib.


Transplantasiya olunanlar, yəni, donorlardan orqan almış resipientlər üçün ilk idman oyunları 1978-ci ildə, İngiltərənin Portsmut şəhərində, İngiltərədən, Fransadan, Almaniyadan, Yunanıstandan və ABŞ -dan olan 99 atletin iştirakı ilə baş tutmuşdur. Hazırda Yay Dünya Transplant Oyunları (Summer World Transplant Games) iki ildə bir, Qış Dünya Transplant Oyunları (Winter World Transplant Games) fasilələrlə keçirilir. QDTO 1994- cü ildən keçirilməyə başlanmışdır və Nikolas Kuboku adlandırılan yarışlara daxildir. Bu kubok xüsusi olaraq nəzarət şəraitində ilk dəfə xizək sürmək həyəcanını və sevincini yaşayan transplant uşaqlara təqdim etmək üçün dizayn olunmuşdur. QDTO xizək istirahət mərkəzlərində keçirilir və bura biathlon, cörlinq, slalom, snoubordinq daxil edilir. 1987-ci ildə Dünya Transplant Oyunları Federasiyası (World Transplant Games Federation) rəsmi olaraq yaradılmışdır. Federasiyanın baş ofisi İngiltərənin Vinçestir şəhərində yerləşir. Hazırda təxminən 70 - ə yaxın üzvü var. Oyunlarda 4 yaşından 80 yaşına kimi hər kəs iştirak edə bilər. Atletlər cinsə görə ayrılmaqla aşağıdakı yaş qrupları üzrə yarışa bilərlər - 18-29, 30-39, 40-49, 50-59, 60-69 və 70+. Yeniyetmələr cinslərə görə bölünməklə onlar üçün hazırlanan yarışlarda aşağıdakı yaş qrupu üzrə iştirak edə bilərlər - 5 yaşın altı, 6-8, 9-11, 12-14 və 15-17. Həm də 16 - 17 yaşlı yeniyetmələr böyüklərin yarışlarında iştirak edə bilərlər, amma onda yalnız bununla kifayətlənməlidirlər.


Bu Federasiyanı yaratmaqda və oyunları keçirməkdə əsas məqsəd, transplantasiya olunanların sağlamlıqlarını və transplantasiyadan sonrakı vəziyyətlərini göstərmək ilə orqan donoru ilə bağlı ictimai məlumatları artırmaq, eləcə də bunun, uğurlu bir transplantasiyanın sayəsində mümkün olduğunu nümayiş etdirməkdir.


Əslən Kəəlbəcər rayonu Başlıbel kəndindən olan SAHİL QASIMOV.

Son Yay Oyunları 2011-ci ildə İsveçin Qotenburq şəhərində, 2013-cü ildə CAR-ın Durban şəhərində, 2015-ci ildə Argentinanın Mar Del Plata şəhərində keçirilmişdir. Hazırda Yay Oyunları 25 iyun- 2 iyul tarixlərində İspaniyanın Malaqa şəhərində keçirilir. Orada bütün bacarıqları göstərmək üçün atletika, boulinq, üzgüçülük, tennis, qolf, voleybol və s. daxil olmaqla 50 idman oyunları üzrə yarışa bilirlər. Oyunlarda yüksək rekordlar qeydə alınıb. Belə ki, 100 metrə qaçış rekordu 11.18 saniyə və tullanma rekordu 6.85 m təşkil edir. Sevindirici haldir ki, Azərbaycandan ilk dəfə iki nəfər Qasımov Sahil və Rüstəmov Arif, hazırda bizim ölkənin rəsmi olaraq DTOF-nın üzvü olmadığından qardaş Türkiyə heyətində bu yarışlarda iştirak edirlər. Onların hər ikisi 1-2 il əvvəl Mərkəzi Neftçilər Xəstəxənasında Dr. Mircəlal Kazımı tərəfindən böyrək transplantasiyası olunmuşdurlar. Onların hər ikisinin idmanın ayrı-ayrı sahələrində bu zamana qədər yüksək nəticələri var.


2010 - cu ildən bu zamana qədər yalniz MNX-da t.f.d. Mircəlal Kazıminin rəhbərlik etdiyi heyət tərəfindən 400 dən çox insana uğurlu böyrək və qaraciyər köçürülmüşdür. Bu qrupda Yaponiya Tibb elmi akademiyasınin Fəlsəfə Doktoru transplant nefroloq Elnur Fərəcov və tanınmış cərrah Eldar Əhmədov kimi nüfuzlu həkimlər iştirak edir. Nəzərə alsaq ki, ümümilikdə Azərbaycanda hazırda xarici ölkələrdə əməliyyat olunan mindən çox transplant insan var, o zaman bizim ölkənin də Dünya Transplant Oyunları Federasiyasına rəsmən üzv olması və bizim atletlərin də oyunlarda iştirak etməsi, milli bayrağımızı qaldırması çox arzu olunandır. Qeyd etmək lazımdır ki, bu insanların əksəriyyəti sosial şəbəkələr vasitəsi ilə qrup şəklində birləşdirilmişdir. Gələcəkdə onların sosial və hüquqi problemlərinin həlli məqsədi ilə müvafiq QHT yaradılması üzrə fəaliyyət yekunlaşmaq üzrədir. P.S. Aldığımız son məlumata görə, basketbol yarışlarında idmançıarımız komanda olaraq bürünc medal qazanıblar. Stolustu tennis yarışında Sahil Qasımov 4-cü yeri, Arif Rüstəmov isə 5-ci yeri tutub. Həmçinin, basketbol yarışlarında ən çox qaçan 3-cü yarışmaçı adını da Arif Rüstəmov qazanıb. Ümumiyyətlə isə, soydaşlarımızın tərkibində çıxış etdikləri Türkiyə komandası komanda hesabında qazandığı medal sayına görə Yay Dünya Transplant Oyunlarında 3-cü yerdədir. QAZİLER.AZ

#Azərbaycan

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev