Yazıçılar Birliyində Nəsib Nəbioğlunun kitabının təqdimatı olacaq


15:00 | 24.09.2018


Sentyabrın 27-də, saat 14:00-da Azərbaycan Yazıçılar Birliynin «Natəvan» klubunda Rusiya və Azərbaycan yazıçılar birliklərinin üzvü, Azərbaycan yazışılar birliyinin Moskva bölməsinin katibi Nəsib Nəbioğlunun 1-ci cildliyinin təqdmatı olacaq.

Moskvada diaspor fəalı, dəyərli şair Nəsib Nəbioğlu (Nəsib Nəbi oğlu Verdiyev) 1954-cü ilin may ayının 2-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. 1971-ci ildə Çaykənd orta məktəbini bitirib. 1973-1975-ci illərdə Baykonurda Sovet ordusu sıralarında hərbi xidmətdə olub.

Hərbi xidmətini başa vurduqdan sonra 1975-1980 ci illərdə Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı institutunda ali təhsil alıb. 1985-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat institutunu əla qiymətlərlə bitirib. 1985-ci ildə İnstitututunu bitirdikdən sonra SSRİ Dövlət Xarici turizm Komitəsinin Baş İdarəsində məsul vəzifələrdə çalışıb. Rusiya və Azərbaycan yazıçılar birliklərinin üzvü, Azərbaycan yazışılar birliyinin Moskva bölməsinin katibidir.

”Ürəyim yurd yeridir" (1988), “Sizə sözüm var” (1994), “Dua edən bulaq” rus dilində (1996), “Bağışlamaz dağlar məni” (2004), “Nəğməkar əsgər” (2007), “Heç belə də kənd olar” (2011), “Ulduz nur saçırdı qayanın üstə" rus dilində (2014) şeir kitablarının müəllifidir.

M.Axundovun, S.Vurğunun, R.Rzanın, M.İbrahimovun, N.Rəfibəylinin, M.Arazın, Məmməd Aslan, T.Məliklinin, Aşıq Ələsgərin, Aşıq Şəmşirin eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş məqalələrin (rus dilində) müəllifidir. Nəsib Nəbioğlu V. Şukşinin,V. Rasputinin, A.Puşkinin, M.Lermontivun, S.Eseninin, N.Rubsovun bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib. R.Rza və Y.Dolqoruki adına beynəlxalq mükafatları laureatıdır.

İyirmidən çox şeirinə müsiqi bəstələnib. O, dünya azərbaycanlılarının həmrəylik himninin müəllifidir (musiqisi Asya Sultanovanındır).

Vətənpərvər şairin kitabının təqdimatı məclisinə bir şeirini ərməğan edirik:

Haraya çağırır Kəlbəcər səni (Oğlum Nəbiyə)

Mənə divan tutur dərdi dağların, Qoy boğub üzməsin bu qəhər səni. Buralar bizlərin yurdu deyilmiş, Haraya çağırır Kəlbəcər səni. Yurdumuz-yuvamız qaldı yadlara, Düşmən at oynadır belədən-belə. Yağılar əlində talanır dağlar, Düşmən divan tutur çiçəyə-gülə. Qürbətin bəzəyi başqa bəzəkdi, Bu kədər yuvası, dərd yuvasıdır. Sənin də, mənim də bu aldığımız, Özgə havasıdır, yad havasıdır. Gecələr yuxumdan əl çəkmirlər ki, Şəhid qanlarıyla sulandı dağlar. Sahibsiz dağların səbri tükəndi, Yad əldə qovruldu, talandı dağlar! Qan ilə sulandı ata yurdumuz, Sinəmizi sipər edə bilmədik. Qoruya bilmədik dağları, oğlum, Dağlar harayına gedə bilmədik. Hər gecə bu dağlar gözümə dolur, Həsrət içindəyəm o vaxtdan bəri. Görməsəm rahatlıq tapa bilmərəm, Bağrıma basmasam hər qarış yeri. Bu dərd baxtımıza yazılan qədər, Ağrıdı, acıdı, kədərdi, oğlum! Qürbətdə yaşamaq, ömür deyil ki, Qürbətdə yaşamaq hədərdi, oğlum! Dağlara birlikdə gedəsiyik biz, Ay oğul, sən mənim yaşıma baxma. Qürbətin verdiyi hədiyyələrdi, Nisgildən ağarmış başıma baxma. Hələ təpərim var, hələ gücüm var, Hələ canımdadır dağlar havası. Çətində əlini üzmə əlimdən, Qalıb Kəlbəcərin qisas davası. Səni elə-belə böyütmədim ki, Axı elə-belə yetmədin ərsə. Dağlar əsirlikdən qurtarar,oğlum, Atalar, oğullar əl-ələ versə. Qəlbində boy atdı vətən sevgisi, Öpüb əzizlədim hər səhər səni. Qisas zamanası gəlibdi, oğlum, Haraya çağırır Kəlbəcər səni. Kar olub dünyanın qulağı çoxdan, Sözümün sorğusu, niyəsi yoxdur. Gedək yurdumuza sahib çıxaq ki, Sonra deməsinlər yiyəsi yoxdur. Qoy vətən yolunda, dağlar yolunda, Doğrayıb torpağa töksünlər bizi. Kəfəni, tabutu neynirik, oğlum, Üç rəngli bayrağa büksünlər bizi.

Təzadlar.az

#Şairlər

12 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev