"YENİLİK-press" qəzetinin oxucularına MÜRACİƏT



ƏZİZ KƏLBƏCƏRLİLƏR! Bu qəzet Kəlbəcərdə 1935-ci ildən buraxılıb və ellilərimizin dərd-sərinə, kasıb həyatına, varlı mənəviyyatına, Vətənin və dövlətin inkişafında alın tərini, qabarlı əllərini əsirgəməyən ata-babalarımızın, nənələrimizin ömür aynasına çevrilib! Dünyaya səpələnmiş kəlbəcərlilər, üzümü sizə tuturam! Mən burada müraciət yazmamalıydım! Lakin, əlacsız qalıb yazıram! Bu qəzet kəlbəcərlilərin mənəvi dünyasına tutulan saf, ləkə götürməyən bir aynadır, çiliklənir! Onu qoymayaq məhv olsun. Mən Kəlbəcər şəhidlərinin nakam talelərinə, işıqlı arzularına ayna tutub onları kitab kimi yazıb tarixləşdirəndə də bu zülmü çəkmişdim! Hansı nanəciblərsə, hətta gedib Kəlbəcər üçün canını əsirməyən insanalara deyirmişlər ki, boş şeydi, kitab-zad nə gəzir?! Amma mən Kəlbəcər və Qarabağdan, Göyçə və Zəngəzur ellərinin düşmən tapdağında qalmasından, düşmənin qanlı savaşlarında itirdiyimiz yurd yerlərindən indiyə kimi 28 kitab yazdım buraxıldı!!! Sağ olsun, dövlətimizin diplomatlarından biri olan, həmyerlimiz, Kəlbəcər adı gələndə dodaqları səyriyən, keçmiş baş prokuror, bugünkü səfirimiz Eldar Həsənovu, Dədə Şəmşirin nəvəsi Cavid Qurbanovu,”Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovu (mənə mənəvi dəstək olduqları üçün). Budur, bu illər ərzində "Yenilik" qəzetinin də Kəlbəcərdəki kimi, ondan da zəngin materiallarla öz oxucularının, bu gün daha geniş auditoriyada-dünyada... qəbul edilməsi üçün bütün yaradıcı potensialımdan istifadə edirəm. Yoruldum, mənən, az qala, tükənirəm, çünki göstərilən laqeydlik məni sındırır və üzür. Neftçala rayonundan qəzetə 60 nəfər abunə yazıldığı halda, bu qəzeti özlərinin doğma aynası bilən sizlər kənarda qalmısınız. Qəpiklə, ianə yolu ilə olsa da, qəzetin çapının dayanmasının qarşısını almalıyıq. Qapı-qapı düşüb, yalvarıb mən ianə toplaya bilmərəm. Burada kəlbəcərlilərin kəlbəcərsizlik illərinin tarixi yazılır. Dövlətimizin yürütdüyü siyasətin nəticəsində biz, siz o yerlərə qayıdana kimi keçirdiyiniz gün-güzəran, Azərbaycan üçün yetişən gəncliyin potensialından, istedadlılarının qabiliyyətindən, tarxindən və yeni nəsil üçün hansı coğrafi məkana, hansı sərvətə (tükənməyən sərvətə) malik olamsından soraq verən qəzetin oxucusu olması üçün tələsin! Bu müraciəti dəfələrlə eləmişəm. Qzəetin bankda hesab nömrəsini də açdırdıq ki, bəlkə imkanı olanlar qəpik-quruşla olsa da, onun hesbına yardım göstərərlər. Təəssüf ki, kimsədən səs-soraq gəlmədi, neftçalalı oxucularımızdan savayı. Buradan Neftçala camaatına, xüsusən də MKS-in işçilərinə, Bədirə xanım Niftalıyevaya (Həsən qızına) dərin minnətdarlığımı bildirirəm. Qəzetin bank hesabı belədir: Kapital Bank ASC Kəpəz filialı Filialın kodu: 200286 VÖEN: 9900003631 WVIVT kod: AHBAZ2X Müxbir hesabı: Az37NABZ01350100000000001944 Benefisiarın hesabı: AZ61AHB41010019442805903128 Ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov pr.248 Tel.: (22) 263-34-25; 267-13-02

e-mail:bakı@kapitalbank.az



BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev