top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi dəyirmi masa keçirəcək



Ailə dəyərlərini özündə simvollaşdıran kultların təbliği məqsədilə tədbirlərin təşkili” layihəsinin uğurları:

“Ailə dəyərlərini simvollaşdıran kultlar” kitabı nəşr olunub

http://www.zekaishiginda.az saytı yenidən qurularaq yayımına başlayıb

“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 15 may – 10 sentyabr 2018-ci il tarixində “Ailə dəyərlərini özündə simvollaşdıran kultların təbliği məqsədilə tədbirlərin təşkili” mövzusunda layihəsini həyata keçirir.

Bu barədə “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü yazıçı-publisist, Prezident təqaüdcüsü Cəmilə Çiçək (İsbəndiyarova) layihə haqqında yığcam məlumat verib.

Fəaliyyətlərinin əsas məqsəd və mövzusu haqqında danışan çıxışçı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına layihəyə, eyni zamanda “Ailə dəyərlərini simvollaşdıran kultlar” elmi-kütləvi kitabının nəşrinə və saytın fəaliyyətinin gücləndirilməsinə ayırdığı maliyyə yardımına görə minnətdarlığını çatdırdı. Natiq bildirdi ki, layihə çərçivəsində həyata keçirilən fəaliyyət müasir həyatın bütün sahələrində elektronlaşdığı, qloballaşdığı, internetləşdiyi bir vaxtda yeni nəsil nümayəndələri, eləcə də başqa ölkələrdə yaşayan, xarici mədəniyyətlərin daşıyıcılarına çevrilən gənc soydaşlarımız arasında Azərbaycan milli-mənəvi dəyərlərinin tərkibində etnik kimliyimizin bir hissəsinə çevrilən ağsaqqallıq-ağbirçəklik dəyərlərinin dirçəldilməsini qarşısına məqsəd qoyurdu. Bir tərəfdən Qarabağ münaqişəsi nəticəsində doğma yurd-yuvalarından qovulmaları, digər tərəfdən də çağdaş genetik-mənəvi xəritəmizi dağıdan liberal-radikal dalğalar bu dəyərlərin, az qala, tənəzzülünə aparıb çıxarır. Problemin kəskinliyini nisbətən azaltmaq, nəsillər arasında dərinləşən mənəvi-ruhi uçurumları aradan qaldırmaq üçün əsrlər boyu formalaşan bu məişət-ailə institutunun, sosial-mənəvi təsisatı daha da möhkəmləndirməklə qədim və modern dəyərlərin sintezini tədqiq etmək vacibdir. Azərbaycan cəmiyyətinin tarixən qazandığı mənəvi dəyər konseptləri və mədəni institutları içərisində ailə ilə bağlı anlayışlar, ağsaqqallıq-ağbirçəklik institunun xüsusi yeri vardır. Təəssüflər olsun ki, son zamanlar bu mənəvi-ruhi dəyərlərə qarşı xaricdən geniş hücumlar olur və əksər hallarda gənclərimizin bir hissəsi də liberal dəyərlər – insan haqları, qadın azadlığı, gender bərabərliyi, cinsi azlıqların hüquqlarının qorunması kimi “dəbli trendlər” altında o qarayaxmalara qoşulur, sosial şəbəkələrdəki mənfi tendensiyalı virtual aksiyalara qoşulurlar. Layihə Qarabağ köçkünləri timsalında sosial-kulturoloji hərəkata başlamaq, eyni zamanda, Azərbaycan cəmiyyətində get-gedə zəifləyən ailə dəyərləri, ağsaqqallıq və ağbirçəklik institutu dəyərlərinin bərpası və genişlənməsi istiqamətində aksiyalar keçirməklə, sadalanan halları nisbətən zəiflətməyi, yaşlılara olan sayğını, sevgini artırmaqla bu istiqamətdəki gərginlikləri azaltmağı, ulu dəyərlərimizin dirçəldilməsini, daha da inkişaf etdirilməsi məsələlərinin araşdırılmasını, bu istiqamətdə aktual addımları, innovativ təşəbbüslərini dəstəkləyir. Layihənin əsas hədəfi ailə və ağsaqqallıq- ağbirçəklik dəyərlərinin zənginləşməsində, qorunmasında, inkişaf etdirilməsində, tədqiqi və təbliği istiqamətində yeni nəslə çatdırılmasında, internet və qlobal elektron resurslarında, sosial şəbəkələrdə geniş yayılmasında gənclərin rolunun artmasına nail olmaq, bu yöndə yeni metodların, formaların axtarılaraq tapılmasına, ictimaiyyət tərəfindən tanıdılmasına, dəstəklənməsinə yönəldilib.

Cəmilə Çiçək onu da bildirib ki, sentyabrın əvvəllərində layihənin nəticəsi olaraq son tədbirlərini – Beynəlxalq Mətbuat Mərkəzinin zalında geniş ictimaiyyətin, tədqiqatçıların, alimlərin, həmçinin yazılı və elektron KİV nümayəndələrinin, TV əməkdaşlarının, yeni – sosial media təmsilçilərinin, bloqerlərin, QHT rəhbərlərinin, Azərbaycanın bütövlüyünün qorunması uğrunda rəşadət göstərmiş, gəncliyini, sağlamlığını belə fəda etmiş Qarabağ əlillərinin iştirakı ilə layihə çərçivəsində nəşrə hazırlanaraq çap edilən “Ailə dəyərlərini simvollaşdıran kultlar” elmi-kütləvi kitabının və genişləndirilərək internetdə yayımlanan http://www.zekaishiginda.az ünvanlı saytın təqdimatı, eləcə də milli ailə mövzusunda ictimai dinləmə – dəyirmi masa da təşkil olunacaq. Məlumatlanmadan sonra milli ailə dəyərlərinin problemləri və çap edilən kitabın və saytın əhəmiyyətinə həsr olunmuş ictimai dinləmə – müzakirəsi baş tutacaq. Cəmilə Çiçək bu mövzuda keçiriləcək tədbirin əhəmiyyətini vurğuladı, milli ailə dəyərlərimizin qorunmasının vacibliyini qeyd etdi, təqdimatı keçiriləcək araşdırma kitabının və saytın maraqlı tərəfləri haqqında söz açdı. Mövzuyla əlaqədar ictimai dinləmələrin vacibliyini söyləyərək Cəmilə Çiçək (İsbəndiyarova) müəllifi olduğu “Ailə dəyərlərini simvollaşdıran kultlar” mövzusunda elmi-kütləvi kitabın və http://www.zekaishiginda.az saytının dəyərli tərəflərinin göstəriləcəyini, bu problematik mövzuda layihələrin cəmiyyətimiz üçün xüsusi əhəmiyyət daşıdığını bildirdi.

Əlirza İSBƏNDİYAROV,

publisist

#Tədbir

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page