top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Zakir Həsənov Kəlbəcərdə yeni hərbi hissənin açılışında - VİDEO


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində yeni inşa edilmiş inzibati binada yaradılan şərait, həmçinin təlim sahəsində görülən işlərlə tanış olub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, məruzə olunub ki, müxtəlif qoşun növləri bölmələrinin təyinatı nəzərə alınmaqla real döyüş şəraitinə uyğunlaşdırılan mərkəzdə təlimlərə cəlb ediləcək hərbi qulluqçuların döyüş hazırlığının və taktiki-xüsusi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə lazımi infrastruktur yaradılıb.

Sonra nazirliyin rəhbər heyəti Kəlbəcər rayonunda yerləşən hərbi hissədə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, hərbi hissədə şəxsi heyətin nümunəvi xidmət etməsi üçün mebellərlə təchiz edilmiş yataqxana və xidməti otaqlar, hamam-sanitar qovşağı, qurutma otağı, tibb məntəqəsi, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, yeməkxana və mətbəx avadanlığı mövcuddur. Binada mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və dayanıqlı rabitə, həmçinin ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar vardır.

Daha sonra general-polkovnik Z.Həsənov hərbi hissənin təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyib.

Bildirilib ki, burada hərbi qulluqçulara atəş və dağ hazırlığı, eləcə də müxtəlif maneələrdən keçid və digər fəaliyyətlərin aparılması öyrədilir. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını müsbət qiymətləndirən nazir onların qayğıları ilə maraqlanıb, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb.

Sonda müdafiə naziri hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Müdafiə Nazirliyi

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page