Prezidentdən Kəlbəcər yolu ilə bağlı - SƏRƏNCAM
Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası...
Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyil. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək.
Andiçmə mərasimində çıxış, 31 oktyabr 2003
Prezident bilirdi ki, bu problemi həll etmək üçün ilk əvvəl beynəlxalq arenanın Qarabağ hadisələrinə yanaşmasını dəyişmək, beynəlxalq hüququn kimin tərəfində olduğunu sübut etmək və sənədlərdə bunu təsbitləmək lazımdır. Dövlət başçısı kimi elə ilk xarici səfərlərindən birində də Prezident İlham Əliyev bu məsələni qaldırdı.
Bu işğalın nəticəsi kimi, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistanın təcavüzkar olması BMT-nin 4 qətnaməsində öz əksini tapıb. Bu barədə ATƏT-in Minsk qrupu bəyanat verib. Bu barədə Avropa Şurasının rəsmi sənədlərində qeydlər var. Beynəlxalq icma öz gücündən və nüfuzundan istifadə edib Ermənistanı məcbur etməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilsin.
Cenevrədə İnformasiya Cəmiyyəti üzrə dünya sammiti, 10 dekabr 2003
Elə görünə bilər ki, Ermənistanın mövqeləri daha əlverişlidir. Amma əslində, belə deyil. Bu gün Ermənistanla Azərbaycanı müqayisə etsək, hər bir kəs fərqi görə bilər. Azərbaycan tam müstəqil ölkədir. Ərazisində heç bir xarici dövlətin hərbi bazası yoxdur. Xarici yardımdan asılı deyil. Azərbaycan iqtisadiyyatını inkişaf etdirir. Büdcəmiz Ermənistanın büdcəsindən 3 dəfə çoxdur. Coğrafi-strateji mövqeyini və ölkədə neft sektorunun inkişafını nəzərə alsaq, Azərbaycan qısa zaman kəsiyində çox güclü ölkəyə çevriləcək. Ermənistana nəzər salsaq, görərik ki, bu deyilənlərə yaxın heç bir şey yoxdur"
Fransanın "Fiqaro" qəzetinə müsahibə, 22 yanvar 2004
Mən Baş nazir vəzifəsində işləyərkən Ankarada cənab Ərdoğanla bu barədə söhbətim olub. Baş nazir cənab Ərdoğan məni bir daha əmin etmişdi ki, Türkiyə Ermənistanla sərhədlərini Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər heç vaxt açmayacaq.
Mənim üçün bu kifayətdir. Yəni əgər mən bu sözü eşitmişəmsə, mənə hər hansı başqa izahat lazım deyil.
Heydər Əliyev adına hava limanında jurnalistlərə müsahibə,
24 mart 2004
Bu gün dillər əzbəri olan "Qarabağ Azərbaycandır!" kəlməsinin deyildiyi tarix də var. Prezident düz 17 il əvvəl demişdi bu kəlməni... O bunu beynəlxalq arenada səsləndirərək Ermənistana və onu müdafiə edənlərə dəqiq mesaj vermişdi.
Prezident sülh danışıqlarından imtina etmədən müharibə variantını daim diqqətdə saxlayırdı. Bilirdi ki, Ermənistan onsuz da işğaldan geri çəkilməyəcək. Dövlət başçısı olduğu ilk günlərdən müasir ordu quruculuğu daha da sürətləndi.
Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun
Təhlükəsizlik Şurasının iclası, 2 aprel 2016
Bəyanat sözbəsöz belədir: "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə". Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi.
Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclası, 3 oktyabr 2019
Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Xalqa müraciət, 27 sentyabr 2020
İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.
"A Haber" televiziya kanalına müsahibə, 16 oktyabr 2020
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət, 8 noyabr 2020
Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!
Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət, 8 noyabr 2020
2020-ci il Azərbaycan üçün unudulmaz oldu. Hamı üçün xəyal kimi görünən o tarixi gün gəldi! Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə düşmənin zəbt etdiyi şəhər və kəndlərimizi bir-bir azad etdi. Prezidentin illər öncə dedikləri bir-bir reallaşdı. Ən yaxın tarixə qısa bir nəzər salmaqla bu Zəfərin Prezident İlham Əliyevin incəliklərinə qədər düşünülmüş strateji planı olduğunu görmək mümkündür!
XXI əsrin ən güclü ordusunu yaradaraq, Böyük Zəfərə İmza atan Müzəffər Ali Baş Komandan!