Sa­zın və sö­zün be­şiyi olan Kəl­bə­cər ma­halı us­tad aşıq­la­rı, is­te­da­dlı şair­ləri ilə ta­nı­nıb. Ta­ri­xən Göy­çə ma­halı ilə qon­şu olan, qay­na­yıb-qa­rı­şan, xe­yir-şər məc­lis­lə­rini bir­gə ke­çi­rən Kəl­bə­cər el­ləri ta­le­yin aman­sız il­lə­rini – di­dər­gin­lik öm­rünü də bir ya­şa­malı ol­du­lar. Kəl­bə­cər-Göy­çə aşıq­la­rı­nın ifa sə­nə­tin­dəki ey­ni­lik, eləcə də bu böl­gədə ya­şa­yıb-ya­ra­dan el şair­lə­ri­nin poe­zi­ya­sın­dakı üs­lubi və ruhi ya­xın­lıq ey­ni kökə söy­kə­nən ədəbi mü­hi­tdən xə­bər ve­rir.

Heç də tə­sa­düfi de­yil ki, Aşıq Alı, Aşıq Ələs­gər, Növ­rəs İman kimi əs­lən Göy­çə­dən olan gör­kəm­li saz və söz sə­nət­kar­ları hə­mişə Kəl­bə­cər­lə, onun qo­naq­pər­vər və qə­dir­bi­lən in­san­ları ilə tə­mas­da ol­muş, il­lər­lə bu gö­zəl­lik məs­kə­nin­də məs­kun­laş­maq­la ye­ni-yeni əsər­lə­rini ya­rat­mış­lar. Dədə Ələs­gər bi­hudə yerə de­mə­miş­dir:
 

Gəşt ey­lə­dim bu dün­yanı do­laş­dım,

Kəl­bə­cə­rin xey­ri-şəri yax­şı­dır…­
 

Dədə Ələs­gə­rin Kəl­bə­cər­də ən ya­xın dos­tu Ağda­ban­lı Qur­ban  olmuşdur. Qüd­rət­li saz və söz sə­nət­karı Qur­ba­nın kö­kü-soyu Şah İs­ma­yıl Xə­ta­i­nin müa­siri olan Mis­kin Ab­dala ge­dib çı­xır. XIX əs­rin so­nu,  XX  əs­rin əv­vəl­lə­rin­də Kəl­bə­cər ədəbi mü­hiti Ağ­da­ban­lı Qur­ba­nın ya­rat­dığı «Qur­ban bu­la­ğı» ad­lı ədəbi bir­lik­lə tən­zim­lə­nir­di. Aşıq­lar, el şair­ləri bu məc­lisə top­la­şa­raq bir-bir­lə­rinə yeni şer­lə­rini oxu­muş, ədəbi mü­ba­hi­sə, mü­la­hizə və təh­lil­lə­rini or­taya qoy­muş­lar. Aşıq Ələs­gər, Aşıq Bəs­ti kimi saz-söz sə­nət­kar­ları da «Qur­ban bu­la­ğı» məc­li­si­nin fəal üzv­ləri ol­muş­lar.

Gör­kəm­li folk­lor­şü­nas alim M. Təh­ma­sib apar­dığı təd­qi­qat­lar­dan belə qənaə­tə gə­lir: «Qur­ban  öz zə­ma­nə­si­nin və mü­hi­ti­nin yax­şı saz və söz us­ta­la­rın­dan biri ol­muş, mə­la­hət­li sə­si, mə­la­hət­li bar­maq­la­rı, iti ha­fi­zə­si, das­tan­çı­lıq qa­bi­liy­yə­ti, xü­susi gö­zəl qoş­ma­la­rı, gə­ray­lı­la­rı, di­vani və mü­xəm­məs­lə­ri, müx­tə­lif tip­li təc­nis­ləri ilə şöh­rət qa­zan­mış və ba­ba­la­rına la­yiq bir öv­lad ol­du­ğunu sü­but et­miş­dir. Qur­ban sa­vad­lı ol­ması ilə müa­sir­ləri – Göy­çə, Kəl­bə­cər, Gə­də­bəy aşıq­la­rı­nın ək­sə­riy­yə­tin­dən fərq­lən­miş­dir».

Belə bir mü­hit­də dün­yaya göz açan ba­laca Şəm­şir şair Qur­ba­nın oğ­lu və şə­yir­di kimi tez bir za­man­da sa­zı, sözü və səsi ilə bu sə­nət­də özünü təs­diq et­miş, el-o­bada məş­hur­laş­mış­dır. Aşıq Şəm­şir atası Qur­ba­nın, ulu ba­bası Mis­kin Ab­da­lın la­yiq­li da­vam­çısı ol­maq­la, aşıq sə­nə­ti­nin də­də­lik mər­tə­bə­sinə qə­dər ucal­mış­dır. Çox er­kən sə­nət alə­minə qə­dəm qo­yan, Aşıq Ələs­gər, Növ­rəs İman, Aşıq Bəs­ti və atası Ağ­da­ban­lı Qur­ban kimi gör­kəm­li sə­nət­kar­lar­la ün­siy­yət­də olan Aşıq Şəm­şir bu us­tad­lar­dan öy­rən­dik­lə­rinə və el­dən-o­ba­dan al­dıq­la­rı­na, əxz et­dik­lə­rinə şəx­si mü­taliə­sini də əlavə et­mək­lə ka­mil bir şair kimi for­ma­laş­mış­dır. O, ilk dər­sini ata­sın­dan al­mış, son­ra mol­la­xa­nada oxu­muş­dur. Ki­fa­yət qə­dər sa­vad­lı Aşıq Şəm­şir klas­sik ədə­biy­ya­tı­mı­za, folk­lo­ru­muza də­rin­dən bə­ləd ol­muş­dur. Kəl­bə­cər-Göy­çə, Qa­ra­bağ-Gən­cə­ba­sar böl­gə­lə­rin­də yax­şı ta­nı­nan Aşıq Şəm­şi­rin daha da məş­hur­laş­ma­sın­da, bü­tün Azər­bay­can­da ta­nın­ma­sın­da xalq şai­ri Sə­məd Vur­ğu­nun xid­məti ol­muş­dur. İs­ti­suya qo­naq gəl­miş Sə­məd Vur­ğun Aşıq Şəm­şir­dəki fit­ri is­te­dada hey­ran ol­muş, onun əsər­lə­ri­nin nəş­ri qay­ğı­sına qal­mış­dır. Bu gö­rüş­dən son­ra çox az ya­şa­yan Sə­məd Vur­ğu­nun və­fatı Aşıq Şəm­şiri mə­yus et­miş, o, öm­rü­nün so­nuna kimi xalq şai­rini kə­dər­li şer­ləri ilə xa­tır­la­mış­dır.

Dədə Şəm­şir aşıq şe­ri­nin bü­tün for­ma və şə­kil­lə­rin­də də­yər­li sə­nət nü­mu­nə­ləri ya­rat­mış, özün­dən son­raya klas­sik irs qo­yub get­miş­dir. La­kin 1992-ci il­də Ağ­da­ban kən­dinə ka­fir qon­şu­la­rı­mı­zın bas­qını nə­ti­cə­sin­də bu ir­sin çap olun­ma­yan bir his­sə­si, eləcə də şair Qur­ba­nın əl­yaz­ma­ları yan­dı­rı­lıb külə çev­ril­miş­dir.

1993-cü il­də Kəl­bə­cər iş­ğal olun­du­ğun­dan Dədə Şəm­şi­rin 100 il­lik yu­bi­le­yini ke­çir­məyə im­kan ya­ran­ma­dı. 2003-cü il­də Res­pub­lika Pre­zi­den­ti­nin sə­rən­camı ilə Aşıq Şəm­şi­rin 110 il­lik yu­bi­ley mə­ra­si­mi­nin ke­çi­ril­məsi qə­rara alın­dı. Döv­lət sə­viy­yə­sin­də ke­çi­ri­lən yu­bi­ley təd­bir­ləri bü­tün res­pub­li­ka­mızı əhatə et­di. Xan­lar­da ustadın büs­tü qo­yul­du, nə­fis tər­ti­bat­la ki­tab­ları nəşr olun­du və s.

Dədə Şəm­şir Kəl­bə­cər­də so­nun­cu aşıq mək­tə­bi­nin ba­nisi ola­raq, yüz­lər­lə şə­yir­dini bu sə­nətə ha­zır­la­mış, öz du­ru, mə­nalı şer­ləri ilə ne­çə-neçə şai­rin ye­tiş­mə­sinə tə­sir gös­tər­miş­dir. Kəl­bə­cər­də ya­şa­yıb-ya­ra­dan el şair­ləri – Bi­mar Əli, Qa­mış­lı Rüs­təm, Zal Cab­bar­lı, şair Fi­ru­din, şair Sal­man, Dəmr­çi Ab­bas, Bəh­mən Və­tə­noğ­lu, Sü­ca­ət, Əli Qur­ban Das­tan­çı, Əl­qəmə və eləcə də çağ­daş poe­zi­ya­mı­zın Ən­vər Rza, Məm­məd As­lan, Şa­mil Əs­gər Də­li­dağ kimi söz sə­nət­kar­ları Aşıq Şəm­şir poe­zi­ya­sın­dan bəh­rə­lən­mək­lə öz­lə­ri­nin fər­di ya­ra­dı­cı­lıq yo­lunu müəy­yən­ləş­dir­miş­lər.  Aşıq Al­lah­ver­di (Qəm­keş), Aşıq Qar­daş­xan, Aşıq Xa­lıq­ver­di və b. on­lar­la aşıq isə Dədə Şəm­şir­dən bu qə­dim və ulu sə­nəti bir­başa öy­rə­nən şə­yird­lər­dir ki, son­ra­dan öz­ləri də şə­yird ha­zır­la­yan us­tada çev­ril­miş­lər.

Baş­lan­ğı­cını Ağ­da­ban­lı Qur­ban oca­ğın­dan gö­tü­rən Kəl­bə­cər ədəbi mü­hi­ti­nin çağ­daş mən­zə­rəsi əl­van və çox­ça­lar­lı­dır. Oxu­cu­lara təq­dim et­di­yi­miz an­to­lo­gi­yada yüz müəl­li­fin ya­ra­dı­cı­lı­ğın­dan ör­nək­lər ve­ri­lib. Ona görə də elə he­sab edi­rəm ki, bu nəş­rin adını «Yüz şai­rin bir ki­ta­bı» qoy­maq­da ya­nıl­ma­mı­şıq. Təq­dim olu­nan mü­əl­lif­lər həm ya­zı­lı, həm də şi­fahi ədə­biy­ya­tı­mı­zın klas­sik ənə­nə­lə­rinə rəğ­mən ya­zıb-ya­ra­dan in­san­lar­dır. Biz on­ları ey­ni müs­tə­vidə bir­ləş­dir­mək­lə Kəl­bə­cər ədəbi mü­hi­ti, Kəl­bə­cə­rin söz dün­yası haq­qın­da müəy­yən bir tə­səv­vür ya­rat­maq is­tə­dik. La­kin bu yüz nə­fər hələ Kəl­bə­cər ədəbi mü­hi­tini ta­ma­milə əhatə et­mir. Biz diq­qə­ti­mizi daha çox el ara­sın­da ta­nı­nan, mət­buat­dan im­zası bəl­li olan, ki­tabı nəşr edi­lən, bir söz­lə, ədəbi ic­timaiy­yə­tin diq­qə­tini cəlb edən müəl­lif­lərə yö­nəlt­dik. Bə­li, bu gün Kəl­bə­cər fi­ziki mə­nada bi­zim üçün yox­dur. La­kin mə­nəvi ba­xım­dan o ya­şa­yır, söz-sənət es­ta­feti nə­sil­dən-nəs­lə, za­man­dan-za­mana ötü­rü­lür. Ədə­bi­yya­tı­mıza yeni gə­lən El­şən Əzim, Na­dir Məm­məd­li, Əbül­fət Sarıoğ­lu, Ələm­dar Cab­bar­lı, İs­məli Dağ­la­roğ­lu kimi gənc şair­lə­ri­miz Kəl­bə­cər poe­tik ənə­nə­si­nin və du­yu­mu­nun is­te­dad­lı ötü­rü­cü­lə­ri­dir. Kəl­bə­cər­li şair­lərə ye­ni-yeni ya­ra­dı­cı­lıq uğur­ları di­ləyirik.
 

Şairlərimiz , həyat və yaradıcılıqları.
1/30
Şairlərdən seçmə şeirlərlə aşağıdakı "pdf" formatlı kitablardan tanış ola bilərsiniz.

Şairlərimiz və yaradıcılıqları

            Copyright  © 2019        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev