

- Feb 23, 2019
- 1 min
İmamverdi Hüseyn oğlu CƏFƏROV
Imamverdi Hüseyn oğlu Cəfərov Kəlbəcər rayonu Yanşaq kədində anadan olmuş,orta məktəbi Yanşaq kəndində bitirmişdir. Kənd Təsərüffatı...
436 views
Kəlbəcər rayonu üzrə 73 nəfər elmlər doktoru və professor vardır. Onlardan:
Həsənov Eldar Hümmət oğlu - hüquq elmləri doktoru, general-leytenant, iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri.
Əmiraslanov Yusif Əbülfət oğlu - Moskva A.V.Vişnevski adına Cərrahiyyə İnstitutunun professoru, tibb elmlər doktoru.
Əsgərov Şahlar Qaçay oğlu - BDU-nin professoru, fizika-riyaziyyat elmləri doktoru.
Həsənov Şahin Hümmət oğlu - Azərbaycan Texniki Universitetin “Avtomobil daşımaları və yol hərəkətinin təhlükəsizliyi” kafedrasının professoru,Texniki elmlər doktoru,"Müdafiə şurası"nın üzvü,"Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü"
Quliyev Sabir Əli oğlu - texnika elmləri doktoru.
Əbülhəsənov Ramiz Əli oğlu - Moskva Ürək-damar Cərrahiyyə Klinikasının cərrahı, tibb elmləri doktoru.
Həbibov Sabir Qaçay oğlu - Moskva 79-cu Klinik Xəstəxanada Ensiklopedik cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru.
Bunlardan başqa onlarla elmlər namizədi respublikanın müxtəlif tədris müəssisələrində fəaliyyət göstərir
Söz Tanrının ən istəkli bəndələrinə əta etdiyi əbədiyyət nişanəsidir. Təb, ilham, vəhy deyilən ekstaz ovqat yalnız Tanrıdan gəlir. Bəzən bir bayatıya bir insan ömrünü sığışdıran Sözün qüdrətinə söz tapmaq olmur… Sözü havalandıran, havacatlara, xallara, güllərə ayıran sehrli alətin adı isə sazdır! Söz və sazın sinkretizmindən «doğulan» aşıq əslində sözü yaşatmaq, qorumaq, nəsildən-nəslə ötürmək üçün sazından və səsindən yardımçı kimi istifadə edir. Beləcə, milli-mənəvi mədəniyyətimizin ozan-aşıq silsiləsi boy göstərərək poetik düşüncəni, folklor təfəkkürünü xalqdan alıb xalqa qaytarmaqla özünün ədəbi-tarixi missiyasını yerinə yetirmiş olur…
Başlanğıcını Ağdabanlı Qurban ocağından götürən Kəlbəcər ədəbi mühitinin çağdaş mənzərəsi əlvan və çoxçalarlıdır. Oxuculara təqdim etdiyimiz antologiyada yüz müəllifin yaradıcılığından örnəklər verilib. Ona görə də elə hesab edirəm ki, bu nəşrin adını «Yüz şairin bir kitabı» qoymaqda yanılmamışıq. Təqdim olunan müəlliflər həm yazılı, həm də şifahi ədəbiyyatımızın klassik ənənələrinə rəğmən yazıb-yaradan insanlardır. Biz onları eyni müstəvidə birləşdirməklə Kəlbəcər ədəbi mühiti, Kəlbəcərin söz dünyası haqqında müəyyən bir təsəvvür yaratmaq istədik. Lakin bu yüz nəfər hələ Kəlbəcər ədəbi mühitini tamamilə əhatə etmir. Biz diqqətimizi daha çox el arasında tanınan, mətbuatdan imzası bəlli olan, kitabı nəşr edilən, bir sözlə, ədəbi ictimaiyyətin diqqətini cəlb edən müəlliflərə yönəltdik. Bəli, bu gün Kəlbəcər fiziki mənada bizim üçün yoxdur. Lakin mənəvi baxımdan o yaşayır, söz-sənət estafeti nəsildən-nəslə, zamandan-zamana ötürülür. Ədəbiyyatımıza yeni gələn Elşən Əzim, Nadir Məmmədli, Əbülfət Sarıoğlu, Ələmdar Cabbarlı, İsməli Dağlaroğlu kimi gənc şairlərimiz Kəlbəcər poetik ənənəsinin və duyumunun istedadlı ötürücüləridir. Kəlbəcərli şairlərə yeni-yeni yaradıcılıq uğurları diləyirik.
613 nəfər qətlə yetirilib, o cümlədən:
63 uşaq;
106 qadın;
70 yaşlı.
8 ailə tamamilə məhv edilib;
25 uşaq hər iki valideynini itirib;
130 uşaq bir valideynini itirib;
487 yaralı;
1275 girov;
150 itkin düşüb.
18 gün gizli yaşaya bilmişlər, o cümlədən:
27 qətlə yetirilmiş;
19 nəfə girov götürülmüş;
Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər
Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.
130 ev yandırılmış, o cümlədən:
779 nəfər qeyri-insani işkəncələr verilmiş;
67 nəfər qətlə yetirilmiş;
8 nəfər 90-100 yaşlı qoca;
2 nəfər azyaşlı uşaq;
7 nəfər qadın diri-diri odda yandırılmış;
2 nəfər itkin düşmüş;
12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir