"Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar"

 

Guns ile Askerler

II QARABAĞ MÜHARİBƏSİ AZAD OLUNMUŞ TORPAQLARIMIZ

4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri (müharibə ərzində rayonun 90 kəndi) / 9 oktyabr 2020–ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsi (müharibə ərzində rayonun 35 kəndi) / 17 oktyabr 2020-ci ildə Füzuli şəhəri (müharibə ərzində rayonun 53 kəndi) / 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri (müharibə ərzində rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz, Sığırt, Şükürataz və daha 5 adsız yüksəklikləri və 52 kəndi) / 25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri (müharibə ərzində rayonun 41 kəndi) / 8 noyabr 2020-ci ildə Şuşa şəhəri / müharibə ərzində - Tərtər rayonunun 3 kəndi, Xocalı rayonunun 9 kəndi, Laçın rayonunun 3 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliklər / 20 noyabr 2020-ci ildə Ağdam rayonun işğal edilmiş 73 faiz ərazisi / 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu / 1 dekabr 2020-ci ildə Laçın rayonu. Ümumiyyətlə, 27 sentyabr - 9 noyabr 2020-ci il ikinci Qarabağ müharibəsi nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd Ermənistan işğalından azad edilib. Qazax rayonunun Bağanis Ayrım, Xeyrimli, Sofulu, Barxudarlı, Yuxarı Əskipara, Qızıl Hacılı, Aşağı Əskipara kəndləri, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi Ermənistan işğalından azad olunacaq. 10 noyabr 2020-ci ildə hərbi əməliyyatlar dayandırıldıqdan sonra, Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Qarabağ Azərbaycandır!

Qаfqаz Аlbаniyаsı dаim diqqət mərkəzində оlub. Qаfqаzdа isə Kəlbəcər kimi tаriхi əsrlərlə ölçülən insаn məskənləri və gözəlliklər diyаrı аz deyil. Hər gələn isə bu gözəlliyi bir cür qiymətləndirir. Məsələn, Qаfqаz geоlоgiyаsının аtаsı hesаb оlunаn V.Аbiх də belələrindən оlmuşdur. Оnun Kəlbəcər hаqqındаkı fikri indiyə kimi Kəlbəcərə verilmiş qiymətlər içərisində dаhа оrijinаl və təkrаrоlunmаzdır. О demişdir: "Kim ki Tərtər çаyı bоyuncа seyr etməyib, Isveçrənin gözəlliyinə о, heyrаn оlа bilər".
Aşıq Şəmşirin 1955-ci  ilin yayında Kəlbəcərdə sevimli şairimiz Səməd Vurğunla görüşü tarixi bir hadisəyə çevrildi. Azərbaycanın xalq şairi Səməd Vurğun respublikanın rayonlarına səfərə çıxırdı. Bu dəfə o, Kəlbəcərə də gəlmişdi. Şairi qarşılayanlar arasında aşıq Şəmşir də var idi. O, Səməd Vurğunu öz qoşma-şerləri ilə salamlayır. Sonradan şairlər möhkəm dost olurlar və Səməd Vurğunun təşəbbüsü ilə Aşıq Şəmşir Bakıya dəvət olunur və Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilir. Səməd Vurğun aşıqdan xahiş edir ki, əlyazmalarını Bakıya gətirsin. Onun təşəbbüsü ilə Şəmşirin şerlərinin külliyyatı hazırlanır. Saz-söz sənətində göstərdiyi xidmətlərə görə Aşıq Şəmşir, Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür, “Fəxri nişan” ordeni ilə təltif edilir. Ulu öndər H.Əliyev bu tarixi görüşü öz xatirələrində çox qiymətləndirmişdir.
 
Baxın ha Səmədlə Aşıq Şəmşir bir dağın döşündəki bulağın qoşa gözüdür. Biri şifahi ədəbiyyatdır biri yazılı ədəbiyyat. Baxın görün bunlar əl-ələ verib quvuşduğu kimi, qucağlaşdığı kimi bu su da bir məcrada necə birləşib. Bu bir xalqın mənəviyyatıdır, bir xalqın dünyasıdır

       Ümummilli lider Heydər Əliyev

  kalbajarcom@gmail.com  |  Tel: +994-55-585-55-58 

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev